Shelby şirkəti Ford Mustang sportkarının bazasında hazırladığı Super Snake modelinin yeni nəslini təqdim etmişdir. Yeni avtomobili ilk Super Snake modelinin 50 illik yubileyinə həsr etmişdirlər. Kupenin debütü Barrett-Jackson Scottsdale hərracında baş tutmuşdur.

Kupe 670 at qüvvəsinə malik olan 5,0-litrlik səkkiz silindrli mühərriklə təchiz edilmişdir. Əlavə ödənişlə, Shelby şirkəti mühərrikin gücünü 750 at qüvvəsinə qədər artıran ötürməli kompressor quraşdırmağı təklif edir. Yerindən 96 km/saat həddinə Shelby Super Snake modeli 3,5 saniyəyə sürətlənir. Dörddə bir mili kupe 10,9 saniyəyə qət edir. Kupe, tərkibinə başqa kapot, yeni splitter, dəyişdirilmiş radiator barmaqlığı, digər diffuzor və yeni duman aleyhinə fənərlər daxil olan yeni kuzov elementlərinə sahib olmuşdur.  Əlavə olaraq, Super Snake kuzova həkk edilmiş dekorativ zolaqları və xüsusi emblemləri əldə etmişdir. Avtomobilin hazırlanmasına For Performance, Borla, Michelin və Wilwood şirkətləri də iştirak etmişdirlər. Cəmi 500 ədəd belə avtomobil istehsal ediləcəkdir. Onların hər biri 69995 dollara satılacaqdır. Bu qiymətə donor avtomobilinin dəyəri də daxil edilmişdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt