Dünən Şkoda Kodiaq Scout modeli haqqında yazılmış mətbuat açıqlamasının mürəkkəbi qurumamış çex istehsalçısı Kodiaq krossoverinin “idman” modifikasiyasını təqdim etmişdir. Vizual dəyişikliklərə məruz qalmış krossoverin kütləvi təqdimat mərasimi Beynəlxalq Cenevrə avtosalonunda keçiriləcəkdir.

Verilmiş məlumatda Şkoda Kodiaq Sportline modifikasiyasının beş və yeddi yerlik salonla təklif ediləcəyi bildirilmişdir. Kodiaq Sportline tərkibinə yeni ön və arxa bamper və 19-düymlük iki rəngli unikal təkər diskləri daxil olan daha aqressiv aerodinamik kuzov dəstini əldə etmişdir. Bundan başqa, 20-düymlük təkər disklərini də sifariş etmək mümkündür. Əlavə olaraq avtomobil qara rəngə boyanmış radiator barmaqlığını, pəncərələrin haşiyəsini və relinqləri əldə etmişdir. Eyni zamanda, arxa bamper xüsusi gümüşü zolaqla bəzədilmişdir ki, bu zolaq sayəsində də iki çıxış borusunun olduğu xəyalı yaranır.

Bir gün bundan əvvəl təqdim edilmiş Şkoda Scout modeli kimi, Kodiaq Sportline modifikasiyası da tam şəkiş sistemini və üç müxtəlif güc aqreqatı ilə təklif ediləcəkdir.

Avtomobilin baza variantı 150 at qüvvəli 1,4-litrlik benzin turbomühərriki ilə təchiz ediləcəkdir. Belə mühərriklə təchiz edilmiş krossover 100 km/saat sürətini 9,8 saniyəyə toplayır. Bundan əlavə, yeni krossover 2,0-litrlik benzin (180 at qüvvəsi) və dizel (150 və 190 at qüvvəsi) mühərrikləri ilə də təklif ediləcəkdir. 180 at qüvvəli Kodiaq Sportline modeli 100 km/saat sürətini 8 saniyəyə toplayır və 207 km/saat maksimal sürətə malikdir. Krossoverin dizel variantı, müvafiq olaraq bu işə 9,5 və 8,9 saniyə sərf edəcəkdir.

Dizel mühərrikli krossoverin maksimal sürət həddi - müvafiq olaraq 197 və 210 km/saat təşkil edir. Ötürmələr qutusu - iki muftalı yeddi pilləli DSG «robotudur».

Şkoda Kodiaq Sportline modifikasiyası da Ambition təchizat səviyyəsində təklif ediləcəkdir. Əlavə olaraq, krossover idman oturacaqları, salonun işıqdiodları ilə 10 növ rəngdə işıqlandırılmasını, Eco, Comfort, Normal, Sport, Individual və Snow rejimləri olan Driving Mode Select sistemi,  yangüzgülərin korpuslarında quraşdırılmış ətraf işıqlandırması ilə təchiz edilmişdir.

Bundan başqa, avtomobil xüsusi G-Forces displeyini əldə etmişdir ki, burada da “yağın və soyutma sisteminin mayesinin, üfürmənin təzyiqi və mühərrikin iş rejimi haqqında” məlumat əks etdiriləcəkdir. Daha güclü avtomobil arzulayanlar isə Kodiaq RS modifikasiyasını gözləməli olacaqdırlar. RS variantı 240 at qüvvəsi gücü və 500 Nm fırlanma anı olan 2,0-litrlik dizel mühərriki ilə təchiz edilcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt