Şkoda şirkəti yeni Vision E konseptinin tizerini dərc etmişdir. Böyük ehtimalla, bu konsept Kodiaq krossoverinin yeni modifikasiyasının carçısıdır. Təsvirdən göründüyü kimi, prototip kupeşəkilli kuzova malikdir.

Bununla belə, konsept haqqında başqa məlumat mövcud deyildir. Şkoda şirkətindən yeni prototipin Vision D, Vision C və Vision S konseptlərinin davamçısı olduğu bildirilmişdir. Xatırladaq ki, bu konseptlər Rapid və Octavia, Superb və Kodiaq modellərinin carçısı olmuşdurlar. 

Eyni zamanda, şirkətdən konseptin çex büllurundan ilhamlanan dizayn üslubunda görünüşə malik olacağı bildirilmişdir. Böyük ehtimalla. konseptin kütləvi nümayişi aprel ayında Şanxayda keçiriləcək avtosalonda baş tutacaqdır.

Bir bundan əvvəl, Şkoda şirkətinin üç yeni krossover hazırladığı barədə məlumat vermişdik. Şex istehsalçısının keçirdiyi təqdimatın slaydlarının birində Model Q və Model K kod adlı krossoverlərlə yanaşı kupşəkilli Kodiaq Coupe modelinin buraxılacağı göstərilmişdir.