Son zamanlar Şkoda şirkəti çox aktiv şəkildə model cərgəsinin yenilənməsinə başlamışdır. Keçən həftə, 87-ci Cenevrə avtosalonunda təqdim ediləcək Şkoda Kodiaq Scout və Kodiaq Sportline modelləri haqqınnda ətraflı məlumat dərc edilmişdir.

Çex istehsalçısının model xəttində yenilənməmiş olan yeganə model 2009-cu ildən istehsal edilən Şkoda Yeti modelidir. Deyəsən, artıq cari nəsil Yeni modeli özünün son günlərini yaşayır.Bu gün internet şəbəkəsində Yeti krossoverinin yeni nəslinin eksteryeri haqqında təsəvvür yaradan renderləri dərc edilmişdir. Əgər renderlər həqiqəti əks etdirisə, Yeti modelinin zahiri görkəminin Kodiaq krossoverində gördüyümüz dizayn üslubunda hazırlanacağı şübhə doğurmur. Tizerlərdən də göründüyü kimi, yeni nəsil Şkoda Yeti modeli “idmançı” görkəminə və böyümüş ölçülərə malik olacaqdır.

Eyni zamanda, bu böyümə avtomobil iç məkanının genişlənməsinə də təkan verəcəkdir. Böyük ehtimalla, yeni nəsil Yeti modelinin mühərrik çeşidinə çex istehsalçısının sərəncamında olan üç və dörd silindrli benzin və dizel turbomühərrikləri daxil ediləcəkdir. Bundan başqa, avtomobilin ümumi gücü 218 at qüvvəsi olan hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də istisna edilmir. Standart olaraq öndən çəkiş sistemi ilə təchiz edilmiş krossoverin bahalı modifikasiyaları tam çəkiş sistemi və DSG “robotu”  təchiz ediləcəkdir. Yeni modelin satışlarına 2018-ci ildə başlanacağı ehtimal olunur.