Subaru şirkəti Yaponiyada keçiriləcək Tokyo Auto Salon sərgisində Levorg universalının növbəti nəslinin idman versiyasını nümayiş etdirəcəkdir. Yeni model sərgidə Levorg Prototype STI Sport adlandırılmış prototip qismində debüt edəcəkdir. İndeksindən də göründüyü kimi, avtomobilin üzərində Subaru Tecnica International bölməsinin mütəxəssisləri çalışıblar.

Subaru nümayəndələri model haqqında məlumat verməkdən imtina ediblər. Lakin, müəyyən məlumatı əldə etmək mümkün olub. Prototipin əsasının Subaru Global Platform (SGP) təşkil edir. Prototip yeni 1,8-litrlik oppozit turbomühərriki, təkmilləşdirilmiş EyeSight təhlükəsizlik sistemləri kompleksi ilə təchiz edilib. Sonuncu sistem nəinki ön kamera, həmçinin dörd radarla da təchiz edilir.

Zahiri cəhətdən Subaru Levorg Prototype STI Sport modeli bu ilin oktyabrında Tokyo avtosalonunda nümyiş etdirilmiş Levorg konseptini təkrar edir.