Tesla Cybertruck modelinin təqdimatından iki keçir, daha bir il isə, onun seriya istehsalına getməsini gözləmək gərəkdir. Lakin elektrik pikapının üzərindəki çalışmalar hələ də davam edir: buna drondan çəkilmiş “casus” videogörüntüləri dəlalət edir. Videoçarxda pikapın Frimontdakı zavodun poliqonundakı sınaqları zamanı çəkilmiş görüntülər əksini tapıb.

Videodan göründüyü kimi, Tesla Cybertruck modelinin seriya versiyası kuzovun yenidən işlənmiş ön hissəsinə malikdir: ön bamperin yuxarısında fənərlər və hava girişləri peyda olublar. Kandarlar bir qədər dəyişdirilib, yük bölümü isə konseptdəkindən fərqlənməyir - ən azından sınaq prototipində belə platforma quraşdırılıb. Adi yan güzgülər və iri ölçülü şüşəsilən sayəsində pikapın görünüşü bir qədər futuristlikliyi itirib.

Nəhəng alın şüşəsi, sol dayaq boyu yerləşdirilmiş iri şüşəsilənin mövcudluğunu tələb edir. Bu elementin qeyri-estetik görünməsi bir qırağa qalsın, şüşəsilən daim sürücünün görüş zonasındadır. Belə bir problemin olduğunu İlon Mask da etiraf edib: “Məni daha çox şüşəsilən narahat edir. Burada sadə həll yolu mövcud deyil. Ön baqaj bölməsinin qapağında gizlənən şüşəsilən ideal,lakin çox mürəkkəb ola bilərdi”, – Mask Twitter şəbəkəsindəki hesabında qeyd edib. O həmçinin, adi güzgülərin kamerlarla əvəz edilməsi şansının da olduğunu bildirib. Amerikan qanunvericiliyi istehsalçılardan avtomobilləri müştərilərə güzgülər ilə çatdırmağı tələb edir, lakin avtomobil sahibləri sərbəst şəkildə onları modifikasiya edə bilərlər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.