Volkswagen şirkəti Almaniyanın Düsseldorf şəhərində yeni nəsil Caddy modelinin təqdimatını keçirib. Yeni model MQB modul platformasında inşa edilib, tamamilə yeni eksteryer və interyer dizaynına malik olub. Yeni platforma sayəsində Caddy müasir elektron köməkçilərə və multimedia sistemini əldə edib. Caddy modelinin Avropa bazarındakı satışlarına yaxın zamanlarda başlanacaqdır.

Volkswagen Caddy

Alman şirkətinin dizaynerləri modelin dizaynını hazırlayarkən təkamül yolunu seçiblər - avtomobil tanınan cizgilərini qoruyaraq, eyni zamanda tamamilə yeni görünüşə sahib olub. Caddy modelinin işıq texnikası təkmilləşdirilərək tamamilə (üst versiyalarda) işıqdiodlarından hazırlanıb. Eyi zamanda, ön və arxa fənərlər nazik formalara malik olublar. Modul platformasına keçid furqonun ölçülərini dəyişməyə imkan verib: modelin qabarit uzunluğu 4501 mm (+93 mm), eni – 1855 mm (+62 mm), hündürlüyü – 1797 mm (-25 mm), təkər bazasının genişliyi isə 2755 mm (+73 mm) təşkil edir.

Volkswagen Caddy Maxi

Baqaj bölümünün genişliyi 50 mm, girişi isə 51 mm artıb. Təkər tağları arasındakı məsafə də 60 mm artırılıb. Beləliklə,yeni Caddy, ilk dəfə olaraq avropaletləri köndələn şəkildə yükləmək imkanına malik olub. Daha iri ölçülərə malik olan Caddy Maxi modelinin təkər bazasının genişliyi 2970 mm, uzunluğu isə 4850 mm olacaqdır. Bu modifikasiyanın yük bölümünün uzunluğu 2150 mm təşkil edir.

Daha bir vacib yenilik avtomobilin 0,33-dən 0,30-a azalmış aerodinamik müqavimət əmsalıdır.. Digər vacib xəbər isə arxa asqıya aiddir – burada ressorlar yaylar ilə əvəzlənib.

volkswagen Caddy Panamericana

Salonda yeni cihazlar paneli quraşdırılıb. Üst versiyalar rəqəmsal cihazlar paneli ilə də təchiz edilə bilər. Multimedia sisteminin iri ekranı sürücüyə tərəf yönəldilibdir. Displeyin alt hissəsində isə havalandırma sistemini idarə etmək üçün sensorlu düymələr yerləşdirilib. Elektron köməkçilərin siyahısına avtomobili zolaqda saxlamaq funksiyasına malik olan aktiv kruiz-kontrol, həmçinin qoşqu ilə manevr etməyə kömək edən sistem daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İlkin olaraq, Volkswagen Caddy modeli 75, 102 və 122 at gücünə malik olan 2,0-litrlik dizel aqreqatı, həmçinin benzin və qaz ilə işləyən 115 at qüvvəli 1,5-litrlik TSI mühərriki ilə təklif ediləcəkdir. Ən güclü benzin və dizel modifikasiyaları tam ötürmə sistemi ilə təchiz olunacaqdırlar. Mühərrikləri 6-pilləli mexaniki və ya 7-pilləli DSG "robotu" ilə komplektəşdirmək olar.  Bir qədər sonra, qoşulan hybrid güc qurğusuna malik olan Caddy bazara çıxacaqdır.