Autocar dərgisinin Volkswagen konserni gələcək modellərində «elektron» sükan idarəetməsini tətbiq etməyi planlaşdırır. Bu barədə məlumatı konsern daxilindəki mənbələrinə istinadən Autocar dərgisi yayıb.

Bu o deməkdir ki, gələcəkdə alman istehsalçısının modellərində sükan ilə təkərlər arasında mexaniki bağlantı olmayacaqdır.

Hal-hazırda bənzər sistem İnfiniti şirkəti tərəfindən Q50 ailəsindən olan avtomobillərdə təklif edilir. Lakin, bu modellərdə mexaniki əlaqə vardır və fövqəladə hallarda ondan istifadə edilə bilər. Misal üçün, elektronikanın nasaz olması halında. Adi rejimdə sükan valını iki başlığını birləşdirən dirsəkli mufta aralanır, sükan idarəetməsi elektromühərrikin vasitəsi ilə həyata keçirilir.  Sistemin işinə üç eyni növ elektron blok nəzarət edir ki, bu da nasazlıqların olmamasına zəmanət verir. Gələcək sistemin elementləri barədə məlumat mövcud deyildir.

Ehtimallara görə, ilk belə sistem Golf modelinin növbəti nəslidə tətbiq ediləcəkdir. Sonradan onu elektomobillər daxil olmaqla digər modellərə də quraşdıracaqdırlar.