Volkswagen şirkəti yeni krossoverin təsvir olunduğu «cəsus» vidoçarxını hazırlamışdır. Bu 2014-cü ildə nümayiş etdirilmiş T-Roc konseptinin seriya variantıdır. Yığcam krossover Nissan Juke, Renault Captur, Jeep Renegade və Opel Mokka X kimi avtomobillərlə rəqabət aparacaqdır.

Videoçarxdan da göründüyü kimi, yeni krossover T-Roc konseptində nümayiş etdirilmiş dizayn üslubunda hazırlanmış zahiri görkəmə malik olacaqdır. Buna misal olaraq, ön hissədəki radiator barmaqlığını, fənərləri misal gətirmək olar. Çox güman ki, avtomobilin arxa hissəsinin dizaynı hazırki Tiguan modeli ilə bənzərlik daşıyacaqdır.

Avtomobil MQB modul platformasının A0 variantında yığılmışdır ki, bu platformadan da Seat İbiza modelinin yeni nəslinin istehsalında istofadə edilir. Eyni platforma gələcək Polo modelinin də əsasını təşkil edəcəkdir. Yeni krossoverin mühərrik çeşidinə 1,0 - 1,5 litr iş həcmi olan üç və dörd silindrli benzin mühərrikləri, həmçinin 1,6 və 2,0-litrlik dizel aqreqatları daxil olacaqdır.

Böyük ehtimalla, krossoverin sadə variantları öndən çəkiş və mexaniki ötürmələr qutusu ilə təklif ediləcəkdirlər. Tam çəkiş sistemi və DSG «robotu» bahalı modifikasiyalar üçün əlçatan olacaqdır. Bununla belə, T-Roc modelinin seriya variantının nə zaman nəqdim ediləcəyi bildirilməmişdir. Çox güman ki, bu hadisə Frankfurt avtosalonunda baş tutacaqdır.