Volkswagen şirkəti yeni elektrik kupe-krossoverinin sınaqlarına başlayıb. Alman istehsalçısının ilk dəfə yol sınaqlarına çıxardığı prototipin ID.4 elektrik kupe-krossoveri olduğu güman edilir.

Avtomobil ID Crozz prototipinin üslubunda dizayna malik olacaqdır. Casus şəkillərində buraxılış sisteminin çıxış borularının olmasına baxmayaraq, bu elektrik krossoverinin prototipidir. Bu üsuldan sadəcə rəqibləri yanıltmaq üçün istifadə edilir.

Yeni elektrokarın texniki xüsusiyyətləri hələlik bilinmir, lakin çox güman ki, ID.4 və onun kupe oxşar versiyası iki versiyada olacaqdır. Krossoverin modifikasiyalarından boro arxa ötürmə və 204 at qüvvəsi hasil edən elektrik mühərriki, ikincisi isə ümumi gücü 306 at qüvvəsi olan iki elektrik mühərriki ilə təchiz ediləcəkdir. Elektrik krossoverinin yürüş ehtiyatı təxminən 500 kilometr olacaqdır.

Volkswagen ID.4 modeli MEB modul platformasında inşa ediləcəkdir. Krossover bu il ərizndə istehsala getməlidir. Şirkət yeni modelin satışlarına 2021-ci ildə başlamağı planlaşdırır.