Keçən il BMW 5 Series sedan və universalı planlaşdırılmış restaylinqdən keçiblər. Artıq növbə "bərkgedən" M5 modelinin yeni versiyasına çatıb - tezliklə yenilənmiş top sedanın CS indeksli versiyası debüt etməlidir. Hazırda model xəttində bu yeri BMW M5 Competition modeli tutur. BMW M bölməsinin rəhbəri Markus Flaş, yeni sedanın bir sıra eksteryer detallarını nümayiş etdirib və texniki xüsusiyyətlərini paylaşıb.

Yeni BMW M5 CS modeli yenidən işlənimş kuzov dəsti, xarakterik emblemlər və baqaj qapağıdakı böyük antiqanad ilə yanaşı, donorundan qırmızı supportları olan karbon-saxsı əyləc mexanizmləri, radiator barmaqlığı, ön qanadlardakı işləmələr və bürünc rəngli alüminium təkər diskləri ilə fərqlənir.

Bundan əlavə, CS versiyasını markanın yarış modellərinin üslubunda sarı rəngli LED fənərləri ilə sayəsində də tanımaq olacaqdır. Salonda adi oturacaqlar əvəzinə M3 və M4 modellərindən götürülmüş yüngül karbon oturacaqlar quraşdırılacaqdır. Bununla birlikdə, çəkinin azaldılmasına çalışan mühəndislər arxa oturacaqlardan imtina etməyiblər.

Markus Flaş yeni M5 CS modelinin orijinal BMW M5 Competition sedanından 70 kiloqram qədər daha yüngül olduğunu söyləyib, lakin mühəndislərin bu nəticəni necə əldə etdiklərini açıqlamayıb.

Eyni zamanda, 4,4-litrik V8 biturbo mühərrikinin gücü 625-dən 635 at qüvvəsinə qədər atrılıb. Yeni modelin dinamik xüsusiyyətləri hələlik də sirr olaraq qalır - ətraflı məlumat BMW M5 CS modelinin bu ay keçiriləcək rəsmi təqdimatı zamanı açıqlanacaqdır.