Cochespias.net portalı G05 kuzovunda olan yenilənmiş BMW X5 krossoverinin şəkillərini dərc edib. Şəkillərdən göründüyü kimi, bu avtomobilin təqdimatından əvvəl studiyada çəkilmiş şəkillərindən bir cütüdür – çox güman ki, onlar xüsusi olaraq bloggerlərə sızdırılıb. Arxa tərəfdən krossover demək olar ki, dəyişməyib: restaylinqin yeganə markeri şəffaf bölmələri olmayan, lakin fərqli naxışları almış arxa fənərlərdir. Lakin ön tərəfdə dəyişikliklər daha çoxdur: 2023-cü model ilinin X5 modeli fərqli bamperə, ön fənərlərə və radiator barmaqlığına sahib olub.

Yenilənmiş BMW X5 krossoverini nümayiş etdirmək üçün xDrive40i modifikasiyasını seçiblər, lakin digər modifikasiyaların da oxşar şəkildə yenilənəcəyini söyləmək olar. İki kuzov dəsti variantı ola bilər: adi və M-paket. Həmçinin kuzov rənglərinin genişləndirilmiş palitrasını və digər təkər diskləri çeşidini gözləmək olar. Yenilənmiş X5 modelini işıqlanan radiator barmaqlığı və cari BMW 3-Series modelinin ülubunda nazik fənərləri sayəsində tanımaq olar.

Salonun kamuflyajsız şəkilləri yoxdur, lakin casus şəkillərindən göründüyü kimi, X5 modeli iDrive 8 multimedia sisteminə keçəcək və ön paneli “böyük” X7 modelindən miras alacaqdır. Mühərriklərin çeşidinə gəlincə, krossoverdə yeni nəslin dörd və altı silindrli turbomühərrikləri ilə təchiz edilə bilər.

BMW yenilənmiş X5 ailəsinin təqdimat tarixini gizli saxlayır, lakin keçirilən qapalı təqdimatlar, krossoverin qış mövsümünün sonuna qədər debüt edəcəyindən xəbər verir. Bu, 2023-cü model ilinin  X5 modelinin satışlarının Avropa bazarında cari ilin birinci yarısında, ABŞ-da isə payızda başlanacağı deməkdir. Əvvəlcə Çində satılan uzunbazalı krossover, daha sonra isə “bərkgedən” M-versiyaları və “qohum” X6 modeli eyni şəkildə yenilənəcəklər.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.