Nissan şirkəti GT-R Nismo kupesinin xüsusi buraxılışını təqdim edib. Kupe yeni loqotipi, çoxlu sayda karbon detalları və yapon sportkarlarının tarixindəki ən böyük əyləc disklərini əldə edib.

Məhdud saylı tirajla buraxılacaq Nissan GT-R Nismo Special Edition modeli bu ilin payızında satışa çıxarılacaqdır. Xüsusi seriyadan olan sportkar adi GT-R modellərdən Nismo Stealth Grey rəngli kuzovu, qırmızı haşiyəsi olan 20-düymlük Rays təkər diskləri və standart kapotdan 100 qram yüngül olan karbon kapotu ilə fərqlənir. 

. İlk dəfə olaraq, GT-R Nismo modeli yeni loqo ilə bəzədiləcək və əvvəlki iterasiyadan alınmış öndə 410 millimetrlik, arxada isə 390 millimetrlik diskləri olan Brembo əyləcləri ilə təchiz ediləcəkdir. İstehsalçının bildirdiyinə görə, bu disklər yapon idman avtomobillərinin tarixindəki ən böyük əyləc diskləridir.

Kupe əvvəlki kimi, 2020-ci model ilinin GT-R Nismo kupesində quraşdırılan 600 at qüvvəsi və 652 Nm fırlanma anı hasil edən VR38DETT biturbo mühərriki ilə təchiz edilir. 

Altısilindrli aqreqat GT-R GT3 yarış avtomobilindən götürülmüş iki turbokompressor və yeni komponentlər ilə təchiz edilib. Sonunculara misal kimi porşen halqalarını, sürgü qollarını, dirsəkli valı, nazim-çarxı, dirsəkli valın şkivini və klapan yaylarını göstərmək olar.

Bu detalların hər biri sərt qaydalara uyğun olaraq istehsal olunur. GT-R Nismo modelinin aqreqatı takumi ustalar tərəfindən əl ilə yığılır və mühərriki yığmış mütəxəssisin adı kapotun altındakı xüsusi löhvədə həkk edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu arada, dolaşan şayiələr görə, gələn il cari Nissan GT-R modelinin Final Edition adlı vida seriyası buraxılacaqdır. Final seriyasından olan superkarın GT-R 50 by Italdesign modelindən götürülmüş mühərrikə və başdöndürücü qiymətə sahib olacağı bildirlir.

Sportkarın R36 indeksli varisini ən azı 2023-cü ilə qədər gözləmək lazım olacaqdır. Tamamilə yeni, sıfırdan yaradılmış Nissan GT-R modelinin cari 10-illiyin sonlarında işıq üzü görəcəyi ehtimal olunur.