Audi markasının rəhbəri Markus Dyusmann növbəti nəsil A4 və A6 modellərinin elektrik güc qurğularına keçəcəyini, ancaq bunun 2030-cu ildən tez baş verməyəcəyini söyləyib.

Audi A6

Audi şirkətinin rəhbəri Markus Dyusmann T3N nəşrinə verdiyi müsahibədə A4 və A6 modellərinin mütləq elektrikləşdiriləcəyini bildirib. Növbəti nəsil A4 və A6 modelləri 2023-cü ildə debüt edəcək və daxili yanma mühərrikləri ilə təchiz ediləcəkdirlər.

2030-cu ildə isə model xəttində yalnız elektrik ötürməsi ilə hərəkət edən versiyalar qalacaqdırlar. Dyuesmann, plug-in hybrid texnologiyasını gələcəyi olmayan köhnəlmiş texnologiya adlandırıb.

Audi A4

Audi rəhbəri elektrikli nəqliyyat vasitələrinə keçidi şirkət üçün çox vacib bir mərhələ hesab edir. Marka nəhayət daxili yanma mühərrikləri ilə vidalaşmağı və yaxın iyirmi ildə bütün modelləri elektrik güc qurğusuna keçirməyi planlaşdırır.

Məlumdur ki, şirkət artıq daxili yanma mühərriklərindən imtina edilməsi üçün, yaxın aylarda hazır olacaq cədvəl hazırlayır. Plan, daxili yanma mühərriklərinin zavodlardakı istehsalının mərhələli dayandırılmasını ehtiva edəcəkdir.