Növbəti nəsil Lexus NX krossoverinin sınaq prototipi düz bir az bundan əvvəl casusların obyektivlərinə tuş gəlmişdi. Bu gün isə, kimsə təsadüfi olaraq, premium krossoverin üzərindəki sirr pərdəsini qaldıran rəsmi videosunu dərc edib. Videoçarx sonradan silinsə də, internet istifadəçiləri onu yükləməyə imkan tapıblar.
Krossoverin üzərindəki alman nömrə nişanları sızmanın Avropada baş verdiyinə işarə edir. Videoçarxdakı avtomobilin üzərində NX 200 indeksi olsa da, videonun sonunda NX 350h yazısı peyda olur. Çox güman ki, sonuncu başlanğıc modifikasiya ilə qoşulan hibrid olan NX 450h modifikasiyasının arasında qərarlaşacaq adi hibriddir.
Lakin əsas məsələ avtomobilin dizaynıdır. Göründüyü kimi, yeni krossover mövcud modeldən elə də fərqlənmir. Bununla belə, qeyd edilməsi gərək olan yeniliklər də mövcuddur. Gündüz hərəkət işıqları, avtomobilin ön tərəfinin dizaynını daha səliqəli etmək məqsədi ilə, ön fənərə inteqrasiya edilib. Radiaror barmaqlığı əvvəlki kimi iri ölçülərə malikdir və şaquli naxışları olan yeni tərtibarı ilə öyünə bilər.
Arxa işıq texnikası da tamamilıə yenidir və LED zolaqla birləşdirilmişdir. Çox güman ki, buraxılış sisteminin arxa bamperə inteqrasiya edilmiş çıxış boruları daha çox dekorativ xarakter daşıyır. Ümumiyyətlə, dizaynerlər NX modelinin tanınan cəhətlərini qoruyaraq, avtomobilin xarici görkəmini yaxşılaşdırıblar.
İnteryerdə baş vermiş dəyişikliklər daha ciddi xarakter daşıyır. Birincisi, dizaynerlər çoxsaylı tənqidlərə məruz qalan taçpaddan imtina ediblər - artıq bütün əməliyyatlar sensorlu displey vasitəsi ilə həyata keçiriləcəkdirlər.
İkincisi, klimat-kontrol sisteminin ənənəvi düymələrini və hərəkət rejimlərini seçməyə imkan verən şaybanı görmək olar. Eyni zamanda, qadcetlərin doldurulması üçün nəzərdə tutulan iri meydança, tamamilə rəqəmsal cihazlar paneli, proyeksiya displeyi, dirsəkaltılara inteqrasiya edilmiş qapı açanlar və transmissiyanın kiçik selektoru diqqət çəkir. Digər tərəfdən analoq saatında da imtina edilib.
Artıq qeyd etdiyimiz kimi, krossoverin baqaj qapağında NX 200 yazılsa da, salonda ön oturacaqların arasındakı EV düyməsi diqqəti çəkir. Çox güman ki, videodakı interyer məhz çarxın sonunda adı qeyd edilən NX 350h modelinə aiddir. Qoşulan hibrid modikasiyasında gəldikdə isə, NX 450h + modelinin güc qurğusunu Toyota RAV4 Prime modelindən miras alacağını ehtimal etmək olar. Hələlik bu məsələ rəsmi təsdiqini tapmayıb.
Yeni Lexus NX krossoverinin 2022-ci ilin modeli kimi təqdim edilməsini nəzərə alsaq, NX modelinin növbəti nəslinin yaxın aylarda debüt edəcəyini gözləmək olar.