İkinci nəsil Amarok pikapının ilk eskizinin yayımlanmasından bir il sonra Volkswagen şirkəti ikinci sketçi dərc edib. Bu, əvvəlki kimi rəsmdir və təsvir olunan avtomobil kifayət qədər şərti nisbətlərə malikdir, lakin detallar daha dəqiq çəkilib. Məsələn, qapı və tutacaqlar, radiator barmaqlığının elementləri görünür. Çox güman ki, bu il eskizdəkinə bənzəyən konsept avtomobili nümayiş olunacaqdır.

İkinci nəsil Volkswagen Amarok modelinin seriya versiyası 2022-ci ildə işıq üzü görəcək və Ford konserni ilə əməkdaşlığın ilk bəhrəsi olacaqdır. Yeni pikap növbəti Ford Ranger modelinin ən yaxın qohumu olacaqdır. Pikaplar ailəsinin yaradılmasına Ford şirkəti məsuldur, buna görə də pikaplar platformanı və mühərrik çeşidini paylaşacaqlar. Hər iki avtomobil Ford şirkətinin Cənubi Afrikadakı zavodunda istehsal ediləcəkdir. Artıq “bərkgedən” Amarok R modelinin, yəni Ranger Raptor pikapının analoqunun hazırlandığı barədə şayiələr də yayılıb.