Bavariyada yerləşən Novitec atelyesi Ferrari superkarlarının tüninqi ilə məşhurlaşıb. Bu günlərdə alman tüner Ferrari 488 Pista modelinin təkmilləşdirilmiş versiyasını təqdim edib. Almanlar italyan superkarının buraxılış sistemi, asqısı və mühərriki üzərində çalışıblar. Nəticədə, superkar daha güclü və yeyin olub.

Alman mütəxəssislər 3,9-litrlik V8 mühərrikinin gücünü 802 at qüvvəsinə, fırlanma anını isə, 898 Nm qədər artırıblar. Xatırladaq ki, «İlin mühərriki» nominasiyasının dördqat qalibi standart olaraq 720 at qüvvəsi və 770 Nm hasil edir. Güc artımına yeni idarəetmə bloku və buraxılış sistemi quraşdırılması sayəsində nail olunub. Qeyd etmək lazımdır ki, 488 Pista modelinin mühərriki bayraqdar SF90 Stradale modelinin güc aqreqatından daha məhsuldar olub.

Image alt Image alt Image alt Image alt Image alt

Zahiri cəhətdən italyan sportkarı karbondan hazırlanmış aerodinamik kuzov elementlərinə sahib olub. Bunlara misal olaraq diffuzoru, ön splitteri və arxa spoyleri görsətmək olar. Kuzov dəstinin hər bir elementi quraşdırılmamışdan öncə aerodinamik boruda sinaqdan keçirilib.  Superkarın idarəetməsini yaxşılaşdırmaq üçün asqının hündürlüyü 35 mm aşağı salınıb və avtomobilin standart diskləri (öndə 21, arxada 22 düymlük) nazikprofilli şinlərlə təchiz edilib.  Yolda «uzanmış» polisləri keçmək üçün, Novitec avtomobili onun ön hissəsini 40 mm qaldıran hidravlik sistem ilə təchiz edib.

Alman tünerlərinin əllərindən keçmiş superkar 100 km/saat həddinə zavod versiyasından 0,15 saniyə yeyin sürətlənir. Onun maksimal sürəti isə 345 km/saata qədər artırılıb.