Novitec alman tüninq atelyesi unikal Ferrari Monza SP1modelinin təkmilləşdirilmiş versiyasını nümayiş etdirib. Atelye mühəndisləri V12 aqreqatının hasilatını artırmaq üçün qeyri-adi yol tapıblar - standart səsboğucu əvəzinə 999 ayarlı qızılla örtülmüş idman buraxılış sistemi quraşdırıblar. Digər təkmilləşdirmələr arasında yeni təkərlər və asqı yayları var.

Ferrari Monza ailəsi, hər biri 100 nüsxədə buraxılan bir və ya iki nəfərlik spidsterlərdir. Texniki cəhətdən hər iki barketta Ferrari 812 Superfast modelinə yaxındır, lakin unikal modellər üçün mühərrikin hasilatını 810 at qüvvəsinə və 719 Nm fırlanma anına qədər artırıb.

Novitec mühəndisləri Ferrari Monza spidsterinin hasilatını yaxşılaşdırmağın maraqlı yolunu tapıblar - yarışlarda istifadə edilən inkonel ərintisindən hazırlanmış yeni səsboğucu sistemi 6,5-litrlik V12 mühərrikinin gücünü 844 at qüvvəsinə, fırlanma anını isə 780 Nm-ə  qədər artırmağa imkan verib. Əlavə olaraq, səsboğucu sistemi 999 ayarlı qızılla örtək olar – bu istiliyi daha səmərəli şəkildə yaymağa yardım edəcəkdir.

Mühərrikin təkmilləşdirilməsi ilə yanaşı, Novitec mühəndisləri standart yayları idman yayları ilə əvəz olunmasını təklif edirlər. Yeni yaylar klirensi 35 millimetr azaldılmasını təmin edir. Bundan başqa, spidsteri Vossen firmasının istehsalı olan disklər ilə də təchiz etmək mümkündür.

Novrecin tərəfindən hazırlanmış Ferrari Monza SP1 spidsteri orijinal modeldən daha yeyindir: model 100 km/saat həddinə 2.8 saniyəyə (-0.1 saniyə) sürətlənir və 300 km/saatın üzərində maksimal sürət həddinə malikdir. Bundan əlavə, Novitec nüyaəndələri yenidən tənzimlənmiş mühərrikin daha çevik olduğunu bildiriblər.

Tüner Ferrari Monza modelinin interyerinə müdaxilə etməyib.Lakin, müştərinin istəyi ilə interyer tərtibatını  dəyişə bilərlər. Novitec oturacaqları və sükan çarxını istənilən dəri və alkantara ilə üzləyərək fərqli şəkildə tərtib edə bilərlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Novitec firmasının tüninq dəsti həm təkyerli Monza SP1, həm də ikiyerli Monza SP2 modeli üçün uyğundur. Dəstin qiyməti açıqlanmayıb, lakin Ferrari Icona xəttindən olan avtomobillərin zavod versiyalarının xüsusi dəyərini nəzərə alsaq, avtomobil sahiblərinin belə bir addım ataması ehtimalı olduqca azdır.