İspaniyanın km77.com nəşrinin jurnalistləri ikinci nəsil Opel Mokka krossoverinin manevr qabiliyyətini sınaqdan keçiriblər. İspan nəşrinin apardığı sınaqlar oxucularımıza yaxşı tanışdır: jurnalistlər avtomobillərin manevr qabiliyyətini yoxlamaq üçün müxtəlif sınaqlar keçirirlər ki, onlardan da biri “sığır testidir”.

İspan mütəxəssislərinin bildirdiyinə görə, alman krossoveri bu sınaqlardan uğurla çıxıb - Opel Mokka “sığır testini” 76 km/saat sürətilə yerinə yetirməyə müvəffəq olub ki, bu da çox yaxşı nəticə sayılır.

Bununla belə, alman krosoveri ən yüksək nəticə sayılan 77 km/saat həddini qət edə bilməyib. Birinci cəhd zamanı Mokka iki konusu vuraraq yıxıb. Üstəlik, konuslara toxunan avtomobilin arxa hissəsi deyil, ön hissəsi olub. Ən uğurlu nəticə isə 76 km/saat həddində qeydə alınıb - kəskin yerdəyişmə edən krossover tapşırığı konuslara toxunmadan yerinə yetirib. 78 km/saat həddində isə krossover yalnız bir konusu vuraraq yıxıb.

Müqayisə üçün, Volswagen ID.4 və Peugeot 3008 modelləri “sığır testini” 73 km/saat, yeni Hyundai Tucson isə 71 km/saat sürəti ilə keçə biliblər.

Jurnalistlər Mokka modelinin idarələnməsindən çox razı qaldıqlarını bildiriblər. Krossover həm “sığır testində”, həm də “slalomda” yaxşı idarələnmə nümayiş etdirib. Məsələn, alman krossoveri “slalomu” səhvsiz keçməyə müvəffəq olub.

Opel Mokka mpdeli keçən ilin payızında debüt edib. Krossover alman markasının yeni firma üslubunda eksteryer dizaynına malikdir. Mokka modelinin mühərrik çeşidinə 100-130 at qüvvəsi aralığında gücə malik olan benzin və dizel mühərrikləri daxildir. İspaniyalı jurnalistlər sınaqlar üçün 130 at qüvvəli 1,2-litrlik turbomühərrik ilə təchiz edilmiş Opel Mokka modelini götürüblər.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.