Toyota pilotu Ott Tyanak çempionatın bitməsinə bir mərhələ qalmış çempion titulunu əldə edib. Kataloniyada keçirilən rallidə Hyundai pilotu Tyerri Nyövill qələbə çalsa da, Ott Tyanakın ikinciliyi ona çempion titulunu qazanmaq üçün kifayət edib.

Tyerri Nyövill Ott Tyanakın çempionluq titulunu rəsmiləşdirməməsi üçün əlindən gələni edib. Şənbə günü çınqıllı xüsusi hissələr asfaltla əvəz olunduqdan sonra, Nyövill liderliyə yüksəlib və yarışı rəqibindən 17,2 saniyə üstünlüklə bitirib. Tyanak isə son dopda Dani Sordonu qabaqlamağa müvəffəq olub.

Sebastyen Ojye Ott Tyanakı dayandırmaq imkanı olan ikinci pilot olub. Fransız pilot rallinin ilk gününü qələbə ilə başlasa da, hidravlik sistemin nasazlığı onu qələbə şansından məhrum edib. Sebastyen səkkizincilik ilə kifayətlənməli olub.

Katalon rallisindən sonra Tyanakın Ojye üzərindəki üstünlüyü 28 xala çatıb. Estoniyalı son 15 ildə adı Sebastyen olmayan yeganə titul sahibidir. Peter Solsberqin 2003-cü ildəki çempionluğundan sonra Dünya rallisində əvvəlcə Sebastyen Lyöb, sonra isə Sebastyen Ojye böyük üstünlüyə malik olublar. Bundan başqa, bu titul son 25 ildə Toyota markasının əldə etdiyi ilk tituldur. Son dəfə Toyota qələbəni 1994-cü ildə Didye Oriol ilə birlikdə bayram edib.

Ojyenin uğurusuzluğundan sonra Hyundai markasının heyətləri Kataloniyanın çınqıl yollarında yarışı lider olaraq davam etdiriblər. Lyob isə cümə gününü lider olaraq başa vurub. Lakin, elzaslı ilə birlikdə o şənbə günü mövqelərini qoruya bilməyib. Əvvəlcə Nyövill, sonra isə Tyanak irəli çıxıb. Sordo Tyanakla mübarizə aparmaq istəsə də, lakin Tyanak onu dörd saniyə qabaqlaya bilib.

Lyöb dördüncü olub, Toyota pilotu Yari-Matti Latvala isə yarışı ondan 6,3 saniyə geridə bitirib. Beləliklə, komandalar birinciliyində titulun taleyi son mərhələ olan Avstraliya rallisində müəyyən ediləcəkdir.