Polestar markası özünün ikinci modelini təqdim edib - bu, Polestar 2 fastbəkidir. 39 min avrodan başlayan qiymətə satılacaq elektrokar Tesla Model 3 modeli ilə rəqabət aparacaqdır. Bazar debütünün ilk ili fastbek 59,9 min avroluq Launch Edition versiyasında təklif ediləcəkdir.
Polestar 2 isveç markasının ilk kütləvi modelidir. Volvo şirkətinin CMA modul platformasında inşa edilmiş fastbək, ümumi hasilatı 408 at qüvvəsi və 660 Nm olan iki elektromotorla təchiz edilir. 100 km/saat həddinə elektrokar beş saniyəyə sürətlənir. 27 moduldan ibarət olan 78 kilovat-saatlıq batareya bir yükləmədə 500 kilometr (WLTP) qət etməyə imkan verir.
Fastbəkin təchizatına virtual cihazlar paneli, piksel işıqdiodlarından hazırlanmış fənərlər, panoram dam, 11-düymlük displeyi olan və Android əməliyyat sistemi ilə çalışan multimedia sistemi daxil edilib. Yeni sistem Google servislərinin əksəriyyətini dəstəkləyir. Fastbək üçün nəzərdə tutulmuş opsional Performance dəsti Öhlins amortizatorlarının, Brembo əyləclərinin, xüsusi 20-düymlük təkər disklərinin, qızılı rəngli təhlükəsizlik kəmərlərinin və əyləc supportlarının quraşdırılmasını nəzərdə tutur.
Phone-as-Key texnologiyası isə smartfonun köməyi ilə avtomobilə daxil olmaq imkanı verir. Virtual açarı qohum və dostlara ötürmək, həmçinin konsyerj xidmətlərindən yararlanmaq üçün istifadə etmək olar. Məsələn, alış-verişi birbaşa avtomobilə çatdırmaq üçün.
Polestar markası Volvo şirkətinin tərkibindən 2017-ci ildə çıxıb. Polestar müstəqil istehsalçı kimi «bərkgedən» hibridlərin və elektromobillərin buraxılması ilə məşğul olur. Markanın ilk avtomobili olan hibrid Polestar 1 kupesi 2017-ci ilin oktyabrında debüt edib.