Consumer Reports nəşrinin mütəxəssisləri, silindr başlığının aralıq qatının yanma probleminə ən çox rast gəlinən avtomobillərin reytinqini tərtib etdilər. Bu problem avtomobil sahiblərini bahalı mühərrik təmirini həyata keçirməyə məcbur edir.

Ən şıltaq mühərrikləri olan avtomobillərin reytinqinə dörd Subaru modeli daxil edilib: 2006-2008-ci illərdə buraxılmış Impreza modeli və Baja pikapı, eləcə də 2001-2009-cu illərdə istehsal olunan Outback və Forester modelləri. Bu avtomobillərdə silindr başlığının aralıq qatı 145.000-dən 262.000 kilometrə qədər yürüşlərdə yanmış olur. Bu Subaru modelləri iki silindr başlığı və iki aralıq qatı olan mühərriklərlə təchiz olunduğundan, bir mühərrikin təmirinə çəkilən xərc orta hesabla 2.000 - 4.000 dollar (3.400 - 6.800 manat) təşkil edir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Subaru modelləri ilə yanaşı, anti-reytinqin yuxarı hissəsində 2006-2007-ci illər arasında istehsal edilmiş BMW 3 Series modelləri qərarlaşıblar. Bu modellərdə yanmalar 145.000 - 222.000 kilometr aralığında baş verir. BMW X5 krossoverlərində də problemlər mövcuddur - silindr başlığının aralıq qatının yanması 95.000 - 108.000 kilometr aralığında baş verə bilər.

Silindrli başlığının aralıq qatının yanması 2008-ci ildən 2010-cu ilədək buraxılmış Chevrolet Cruze, Mazda MX-5, MINI Cooper/Clubman və Infiniti M modellərində də tez-tez rastlanan problemdir. Bu nasazlığın əsas səbəbi mühərrikin qızmasıdır. Bundan əlavə, silindr başlığının aralıq qatının yanması mühərrikin standartlara cavab verməyən kustar şəkildə aparılmış tüninq səbəbindən baş verə bilər. Belə işlər sonunda güc aqreqatının bahalı təmiri ilə nəticələnir.

Mənbə: Consumer Reports