2023-cü ilin ən yaxşı qadın avtomobili mükafatına iddialı olan altı namizədin adı məlum olub. Namizədlər 2009-cu ildən bəri hər il keçirilən Women’s World Car of the Year (WWCOTY) müsabiqəsinin münsiflər heyəti tərəfindən seçilir. Bu müsabiqə 13-cü dəfə keçirilir. Beş qitənin 45 ölkəsini təmsil edən 63 avtomobil jurnalistindən ibarət olan münsiflər heyəti qalibləri təhlükəsizlik və texnologiyadan tutmuş dizayn və qiymət-keyfiyyət nisbətinə qədər müxtəlif meyarlar əsasında qiymətləndirilirlər.

Demək olar ki, bütün kateqoriyalar üzrə qaliblər krossoverlərdir. Beləliklə, adi və təkrar doldurulan hibrid güc qurğusu ilə təklif edilən, habelə tam elektrik versiyasına malik olan Kia Niro krossoveri ən yaxşı “Şəhər avtomobili” seçilib. “Ailə krossoveri” nominasiyasında Jeep markasının ilk elektromobili olan Avenger krossoveri qalib gəlib.

“Böyük avtomobil” kateqoriyasında Citroën C5 X, “Böyük krossover” kateqoriyasında isə Nissan X-Trail modelləri qalib olublar. İlin pikapı isə, Ford Ranger modeli seçilib. Həmçinin ən yaxşı idman avtomobili seçilmiş Audi RS 3 modeli də qısa siyahıya düşüb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

İndi altı finalçı müsabiqənin mütləq qalibi adı uğrunda mübarizə aparmalıdırlar. Ənənəvi olaraq, qalibin adı Beynəlxalq Qadınlar Günündə - yəni, 8 Mart 2023-cü il tarixində açıqlanacaqdır.

Ötən il qadınlar “Şəhər avtomobili” kateqoriyasında finala yüksəlmiş üçüncü nəsil Peugeot 308 modelini ilin ən yaxşı avtomobili seçiblər. Fransız avtomobili finalda Kia Sportage, BMW iX, Ford Mustang Mach-E, Audi e-tron GT və Jeep Wrangler 4xe modellərini üstələyə bilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.