Bu gün Audi şirkəti San Fransiskoda keçirilən tədbirdə e-tron elektrik krossoverini təqdim edib. Xatırladaq ki, iki həftə bundan öncə Mercedes-Benz şirkəti özünün ilk elektrik krossoveri olan EQC modelini nümayiş etdirmişdir.

Əslində Audi e-tron modeli rəqibindən daha əvvəl təqdim edilməli idi. Audi şirkəti kütləni elektrik krossoverinin peyda olacağına üç il bundan öncə başlamışdır. Model artıq konsept və şou-kar olaraq təqdim edilibdir. Lakin, Rupert Ştadlerin həbsi Audi e-tron modelinin təqdimatını gecikdirən başlıca hadisələrdən biri olub. Üstəlik, Mercedes-Benz EQC modelinin istehsalına gələn il başlanması nəzərdə tutulduğu halda, Audi e-tron modelinin buraxılışına bu ayın əvvəlində start verilib.

Audi e-tron bir müddət bundan əvvəl təqdim edilən dəbdəbəli Q8 krossoverinin elektrik variantı deyildir. Hər iki model MLB Evo modul platformasında inşa edilsə də, və hətta dizayn cəhətdən bənzərlik olsa da, elektromobil 4901 millimetrlik uzunluğu olan orijinal kuzova malikdir. Avtomobillərin təkər bazasının uzunluğu da fərqlidir – 2928 millimetr 2995 millimetrə qarşı. En (1935 millimetr) və hündürlük (1616 millimetr) sahəsində də Audi e-tron krossoveri Audi Q8 modelindən geri qalır.

OLED texnologiyası ilə hazırlanmış nazik formalı fənərlər e-tron modelinin seçilən elementidir

Yeni elektrokrossoverin aerodinamikası da mükəmməldir – 0,28. Xatırladaq ki, Q8 modeli yalnız 0,34 əmsalı ilə öyünə bilər. Yeri gəlmişkən, digər elektrokarlardan fərqli olaraq e-tron modelinin radiator barmaqlığı tam bağlı deyil – burada radiatorun soyudulması üçün dəliklər vardır. Elektrokrossover nazik orqanik işıqdiodlarından (OLED) hazırlanmış işıq texnikasina malikdir. Bu işıqlar daha parlaq və rəvan işıqlandırmaya malikdirlər. Yaxın və uzaq işıqlar isə adi işıqdiodlarından ibarətdir.

Audi e-tron modelinin interyeri yeni Audi A6, A7 və A8 modellərində gördüyümüz üslubda tərtib edilib. Burada virtual cihazlar panelini, mərkəzi konsoldakı iki sensorlu displeyi görmək olar.

Əlavə ödənişlə interyerdə daha iki ekran peyda ola bilər – bunlar qapılarda yerləşən və ənənəvi güzgüləri əvəz edən yan kameralardan alınan görüntüləri əks etdirən displeylərdir. Yeddi düymlük diaqonala məxsus olan displeylər  sürücünün baxışları üçün optimal bucaqda yerləşdirilibdir. Bu displeylərdəki təsviri smartfonlarda olduğu kimi, barmaq hərəkəti ilə böyüdüb-kiçiltmək mümkündür. Bu sistem üç rejimə malikdir. 

Standart olaraq e-tron ənənəvi güzgülərlə təchiz ediləcəkdir.

Audi A6, A7 və A8 modellərindən tanış olan cizgilər

İnteryerdə olan daha bir qeyri-adi element transmissiyanın selektorudur. Mərkəzi konsolda yerləşən iri dəstək əslində hərəkət etmir. Rejimlərin seçiminə isə onun küncündə olan düymə cavabdehdir. Elektrokrossoverin salonu beş sərnişin üçün hesablanıb. Mərkəzi tonnelin olmaması arxa cərgənin ortasında əyləşən sərnişinə rahatlıqla səyahət etmək imkanı yaradır.

Məlum məsələdir ki, təchizat materialları yüksək keyfiyyətə və geniş çeşidə malikdirlər. Krossoverin avadanlıq siyahısına dörd zonalı klimat-kontrol, Bang&Olufsen səsə sistemi, panoram tavan və digər faydalı opsiyalar daxil edilibdir. Audi e-tron modelini baqaj bölümünün həcmi 600 litrdir. Bundan başqa, kapotun altında 60 litrlik əlavə bölüm də mövcuddur.

Yeyin doldurma stansiyalarında batareyaların 80 faizini yarım saata yükləmək mümkündür.

Hələlik krossover Audi e-tron 55 quattro modifikasiyasında təqdim edilib. Model iki asinxron elektrik mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatının ümumi hasilatı 408 at qüvvəsi və 664 Nm təşkil edir. Qeyd etmək gərəkdir gücün pik həddi bir dəqiqə ərzində əlçatandır. Bundan sonra mühərrikin gücü 360 at qüvvəsinə və 560 Nm-ə qədər azalır. Elektrokrossover 95 kilovat-saatlıq batareyalara malikdir.  Salon döşəməsinin altında yerləşən batareya 700 kiloqram çəkiyə malikdir və 400 volt cərəyanla işləyir.

Audi e-tron standart olaraq pnevmoasqı ilə təchiz edilir. Bu asqı avtomobilin klirensini 76 millimetr diapazonunda dəyişə bilir. Ofroud rejimində elektronika avtomobilin kuzovunu standart vəziyyətlə müqayisədə 35 millimetr yuxarı qaldırır.

Əgər avtomobil ilişıb-qalarsa, bu zaman elektronika qısa müddətə Raise rejimini işə salaraq, klirensə daha 15 millimetr əlavə edir. Audi e-tron 1814 kiloqramlıq qoşqunu yedəyə almaq iqtidarındadır.

İstehsalçı Audi e-tron modelinin dolu batareyalar ilə təxmini 400 kilometr (WLTP üsulu) məsafə qət edəcəyini bildirib.

Krossover 100 km/saat həddinə altı saniyədən az vaxt sərf edir. Elektrokrossoverin maksimal sürəti 200 km/saat həddində məhdudlaşdırılıbdır.

Yeni krossover alman istehsalçısının Belçikadakı zavodunda istehsal edilir. Avropa bazarında e-tron modelinin satışlarına bu ilin sonunda başlanacaqdır.Elektrokarın Almaniyad qiymələri 79900 avrodan başlayacaqdır.

Audi e-tron modeli Azərbaycan bazarında da satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt