Fəaliyyəti bərpa edilmiş Radford şirkətinin ilk yeni modeli bu ilin yazında anons edilmişdi. O zaman, avtomobil haqqında bilinən yeganə məlumat, onun Lotus superkarının bazasında və Lotus Engineering mühəndislərinin köməyi ilə inşa ediləcəyi idi.
Fəaliyyəti bərpa olunmuş atelyenin sələfi kimi, seriya modellərinə əsaslanan unikal avtomobilləri istehsal ediləcəyi açıqlanmışdı. Alüminium şassiyə və Lotus Evora superkarından götürülmüş mühərrikə sahib olan yeni Radford Type 62-2 məhz belə reseptə əsasən yaradılıb.
Şirkət yeni superkarı altmışıncı illərin sonlarının Lotus Type 62 yarış avtomobilinin müasir təfsiri kimi təqdim edir, lakin Radford Type 62-2 modeli ideoloji sələfindən fərqli olaraq ümumi istifadə yollarına buraxılacaqdır.
Buna baxmayaraq, yeni avtomobilin eksteryer dizaynının bir sıra elementləri Type 62 modelini təkrarlayır: bunlara misal kimi, xarakterik yan hava girişlərini və arxadakı iki qanadcığı göstərmək olar.
Firma livreya çeşidi də o illərin Lotus modelləridən götürülüb: məsələn, aralıq Gold Leaf versiyasının kuzovu, əlli il əvvəl eyni adlı tütün şirkəti tərəfindən istifadə edilən eyni rəng palitrasına malikdir.
Baza Classic modifikasiyadan fərqli olaraq, Type 62-2 Gold Leaf modelidəki Toyota şirkətinin 3,5-litrlik V6 mühərriki, orijinal Evora modelində olduğu kimi, bu aqreqat 436 at qüvvəsi deyil, 507 qüvvəsi hasil edir. Güc qurğusu 6-pilləli mexaniki transmissiya ilə yanaşı, iki muftalı 7-pilləli “robot”, habelə elektron kilidli differensial ilə təchiz edilə bilər.
Bununla belə, model çeşidinin zirvəsində 608 at qüvvəli 3,5-litrlik mühərrik və orijinal livreyaya malik olan JPS top versiyası yerləşəcəkdir. Təəsüflər olsun ki, üç versiyanın heç birinin dinamik xüsusiyyətləri açıqlanmayıb, ancaq avtomobilin quru çəkisinin cəmi 1000 kiloqram olduğunu nəzərə alsaq, göstəricilər əlbəttə ki, heyranedici olmalıdırlar. Radford şirkəti 62 nüsxəlik məhdud saylı tirajla buraxılacaq superkarın istehsalına ilin sonuna qədər başlanmalıdır. Qiymətlər istehsalın başlanmasına yaxın zamanda açıqlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.