Birinci nəslin Range Rover Evoque modeli beşqapılı kuzov ilə yanaşı, üçqapılı və kabriolet kuzovları ilə də təklif edilirdi. Cari Evoque modelinin artıq belə versiyaları yoxdur, lakin bu günlərdə krossover yeni bir versiyaya sahib olub – bu, Çin bazarı üçün hazırlanmış uzunbazalı versiyadır.

Məlum məsələdir ki, Çində avtomobil satmaq istəyirsənsə, mütləq uzunbazalı versiya təklif etməlisən. Qeyd etmək gərəkdir ki, Çin Land Rover markası üçün ən iri bazarlardan biridir. Müqayisə üçün, Britaniya markası keçən il Çində 83 min, ABŞ-da isə 80 min avtomobil satıb.

Odur ki, çinli müştərilərin tələbləri ön plana çıxır və bildiyiniz kimi, çinli müştərilər uzun təkər bazası olan modifikasiyanı istəyirlər. Bu səbəbdən də, Land Rover şirkəti Çunçində keçirilən avtosalonda Range Rover Evoque L krossoverini təqdim edib.

Uzunbazlı Evoque modelləri Chery Jaguar Land Rover ortaq müəssisəsi tərəfindən istehsal ediləcək və Çin bazarında standart beşqapılı Evoque modelini tam şəkildə əvəzləyəcəkdir.

Evoque L modelinin təkər bazası 160 millimetr (2841 millimetrə qədər) uzanıb və qohum Land Rover Discovery Sport modelində olduğundan 100 millimetr çoxdur. Avtomobilin uzunluğu da 160 millimetr artıb və indi bamperlər arasındakı məsafə 4531 millimetrdir. Aşağı düşən damın profili dəyişdirilsə də, bu o qədər gözə dəymir.

Təkər bazasındakı artım atamamilə rxa sərnişinlərin payına düşüb: qapı girişləri böyüdülüb, oturacaq cərgələri arasındakı məsafə artırılıb. Ön oturacaqların kürəkləri arasında əlavə rəf (məsələn, qadcetlər üçün) peyda olub, arxa oturacaqların kürək hissəsi artıq qapılardakı düymələr vasitəsi ilə tənzimlənirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Krossover Çində 48 voltluq startyor-generatoru olan 249 at qüvvəli 2,0-litrlik Ingenium benzin turbomühərriki, doqquz pilləli "avtomat" və tam ötürmə sistemi ilə təchiz edilir. Səma İmperiyasında Evoque ən sadə versiyalarda təklif edilməyəcəkdir.

Range Rover Evoque L krossoverlərinin satışlarına  iyul ayında start veriləcəkdir. Uzunbazalı krossover Çində 61 min dollardan (standart versiyadan 2300 dollar daha baha) başlayan qiymətlərlə satılacaqdır. (c) Autograph.az