Renault şirkəti 2021-ci ildə seriya elektromobilinə çevriləcək yeni Megane eVision konseptini təqdim edib. Megane adı təsadüfən seçilməyib: modellərin dizaynı bənzər olsa da, texniki cəhətdən onlar tamamilə fərqli avtomobillərdir.

Megane eVision modelinin prototip statusunda debüt etməsinə baxmayaraq, model  95% seriya istehsalına hazır vəziyyətdədir. Elektromobil Renault-Nissan-Mitsubishi alyansının yeni CMF-EV platformasına əsaslanır və ölçüləri baxımından dördüncü nəsil Megane modelindən geri qalır. Beləliklə, konseptinn uzunluğu 4210 millimetr, eni - 1800 millimetr, hündürlüyü - 1505 millimetr, oxlar arasındakı məsafə isə 2700 millimetrdir. Bu, elektrokarın Renault Megane hetçbekindən 149 millimetr qısa, 14 millimetr ensiz və 58 millimetr yüksək olduğunu göstərir. Lakin, elektromobilin təkər bazası daha genişdir - Megan modelində bu göstərici 2669 millimetr təşkil edir.

Image alt Image alt Image alt Image alt

Konveyerə gedən yolda elektromobilin kameralarının ənənəvi güzgülərlə, çərçivəsiz qapılarının adi qapılarla əvəz ediləcəyini və Jaguar üslubunda olan qapı tutacaqlarının da yerini adi tutacaqlara verəcəyini söyləmək olar. 20-düymlük təkər diskləri daha kiçik ölçülüləri əvəz ediləcək, matrisa fənərləri isə yalnız ən zəngin təchizata malik olan versiyalarda quraşdırılacaqdırlar. Fransız istehsalçısı konseptin interyerini nümayiş etdirməyib.

Megane eVision konsepti 217 at qüvvəsi və 300 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə hərkətə gəlir. Elektromobil 100 km/saat həddinə səkkiz saniyədən az müddətdə sürətlənir. Konseptin təchiz edildiyi 60 kilovat-saatlıq batareyanın qalınlığı cəmi 11 santimetrdir. Renault nümayəndələri elektrokarın yürüş ehtiyatını dəqiqləşdirməyiblər, ancaq onun dolu batareya ilə Londondan Nyukasla qədər olan məsafəni qət etmək iqtidarında olduğu bildirilib - yəni təxminən 450 kilometr.

Versiyalardan birinə görə, Renault şirkəti gələcəkdə Megane ailəsindən imtina edərək onu elektrokar ilə əvəzləmək fikrindədir. Bir müddən bundan əvvəl, Renault şirkətinin baş dizayneri Lorens van den Aker fransız markasının model xəttində elektromobillərin sayının artmasının bəzi modellərdən imtina edilməsinə gətirib çıxaracağını bildirmişdi.

Digər mənbələrə görə, fransız avtoistehsalçısı Megane ailəsinin imtina etməyəcək, əksinə "krossover versiyası" ilə genişləndirəcəkdir. Megane "gələcək C seqmenti modelləri üçün əsas dayaq" olmalıdır.