Trek üçün nəzərdə tutulmuş növbəti nəsil Renault Megane RS Trophy-R “bərkgedən” hetçbeki Nürburqrinqdəki promo şəkilişlər zamanı lentə alınıb. Bu il, Megane RS Trophy-R modeli öndənçəkişli avtomobillər üçün “Şimal ilgəyinin” rekordunu qeydə almağa cəhd edəcəkdir.

"Autocar" dərgisinin verdiyi məlumata görə, Renault Megane RS Trophy-R 300 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 1,8-litrlik turbomühərrik ilə təchiz ediləcəkdir. Eyni mühərrik ilə təchiz edilmiş Megane RS Trophy modeli yerindən 100 km/saat həddinə 5,7 saniyəyə sürətlənir. Bununla belə, Trophy-R arxa divan və klimatik sistemdən imtina sayəsində yüngül olacaqdır. Avtomobil gücləndirilmiş əyləc mexanizmləri və daha sərt yayları olan yarış asqısı ilə təchiz ediləcəkdir.

“Şimal ilgəyində” qeydə alınmış avtomobil təhlükəsizlik karlasına və pleksiqlasdan şüşələr ilə təchiz edilib. “Bərkgedən” hetçbek üçün komponentləri Öhlins,Akrapoviç və Brembo təqdim edib.