Bu gün Hokkenhaymda keçirilən ikinci yarış Audi komandaının triumfu ilə bitib. Podiumun hər üç pilləsinə İnqolştadt təmsilçisinin pilotları qalxıb.

Təsnifat mərhələsində problem yaşamış Rene Rast yarışa səkkizinci cərgədən başlayıb. Lakin, əla sürət və səkkizinci dövrədə təhlükəsizlik avtomobilinin trekə çıxması alman pilotun qələbə şanslarını artırıb.  Təhlükəsizlik avtomobilinin trekə çıxması ilə pit-stopa yollanan Rene Rasta sürətli dövrələr vurmağa imkan verib. Bunun sayəsində o rəqiblərini keçərək liderliyə qədər yüksəlib.

Sonradan alman pilot ikinci pit-stop edərək, rəqiblərindən öndə qalın və bu mövsümdə ilk, karyerasındakı 11-ci qələbəsini əldə edib. Finişdə onun yaxın rəqibindən olan üstünlüyü on saniyə təşkil edib. Pouldan start götürən Filipp Enq liderliyini qorusa da, Loik Dyüvalın səhvi onun qələbə şanslarına son qoyub. Motodromda səhv edərək kənara çıxan Dyüval təhlükəsizlik avtomobilinin çıxmasına səbəb olub.

Rene Rasta keçilən Filipp Enq sonradan Niko Müller və Robin Freynsə keçirləcək podiuma qalxmaq şanslarını da itirib. Bruno Spenqler və Timo Qlok yarışı beşinci və altıncı olaraq bitiriblər. Birinci yarışın qalibi Marko Vittmannın bəxti gətirməyib - Pyetro Fittipaltidən zərbə alan alman pilotun avtomobili yerində fırlanıb. Buna baxmayaraq Marko yarışı səkkizinci yerdə bitirməyi bacarıb.

İki pit-stop taktikasından istifadə edən Pol di Resta (Aston Martin) bir müddət hətta yarışa liderlik də edib. Sonunda o Vittmannı keçərək yarışı yeddinci olaraq bitirməyi bacarıb. İlk onluğu Ceymi Qrin (Audi) və Coel Eriksson (BMW) tamamlayıb. Çempionatın növbəti mərhələsi 17-19 may tarixlərində Zolderdə (Belçika) keçiriləcəkdir.