Bu gün Lauzitsinqdə keçirilmiş ilk yarışın təsnifat mərhələsində ilk iki sıranı Audi komandasının pilotları zəbt ediblər. Rene Rast Luazitsrinqdəki dövrəni 1.35,241 zamanla başa vuraraq bu günki yarışı pouldan başlamaq hüququnu əldə edib. Onunla birlikdə ilk sıradan komanda yoldaşı Ceymi Qrin start alacaqdır.

İkinci cərgədə Audi Sport Team ABT Sportsline komandasının pilotlatı Niko Müller və Robin Frayns qərarlaşıblar. Üçüncü cərgədən yarışı başlayacaq pilotlar Marko Vittmann (BMW) və Mayk Rokenfeller (Audi) olublar. Dördüncü cərgədən Pietro Fittipaldi (Audi) və Filipp Enq (BMW) start alacaqdırlar. Beşinci cərgədə BMW komandasının pilotları Timo Qlok və Coel Eriksson qərarlaşıblar.

Aston Martin pilotlarından ən uğurlu nəticə göstərən Ceyk Dennis olub. O, 13-cü nəticəni qeydə alıb.