Rolls-Royce şirkəti Landspeed adlı məhdud saylı seriyadan olan Wraith və Dawn modellərini təqdim edib. Məhdud saylı seriyanı hazırlayan şirkət mühəndisləri 1937-1938-ci illərdə qurumuş Bonnevil gölündə bir neçə dünya sürət rekorduna imza atan əfsanəvi pilot Corc İstonun hekayəsindən ilham alıblar.

Corc İston uşaqlıqdan yarışlara həvəs göstərib. O, məktəbli olan zaman avtomobil və motosikl yarışlarında iştirak edib. İllər sonra, gələcək avtomobil yarşçısı öz gücünü elmdə sınayıb və mühərriklərin gücünün artırılması sahəsində bir sıra ixtiraları patentləşdirib. 1935-ci ildə İston qurumuş Bonnevil duz gölünə baş çəkib və burada keçirilən 24 və 48 saatlıq davamlılıq yarışlarında yeni sürət rekordlarına imza atan ilk ingilis pilotlarından biri olub.

İki il sonra, Corc yenidən Bonnevilə qayıdıb və Thunderbolt idman avtomobilində üç dünya sürət rekordunu qeydə almağa müvəffəq olub. Yeddi ton ağırlığında olan unikal üçoxlu səkkiz təkərli avtomobil, hər biri 2383 at qüvvəsi hasil edən iki 37-litrlik Rolls-Royce R V12 təyyarə mühərriki ilə təchiz edilmişdi. Monstrşəkilli görünüşə malik olan nəhəng avtomobil xalq arasında "Leviafan" ləqəbini almışdı.

Landspeed seriyasından olan Rolls-Royce avtomobilləri Black Diamond Metallic və Bonneville Blue rənglərinin birləşməsindən ibarət olan ikirəngli boyama sxeminə malikdirlər. Yaradıcıların fikrincə, bu unikal rənglər Bonnevilin açıq səmasına və "pilotunu yer üzündəki ən sürətli insana çevirən" Thunderbolt avtomobilinin kuzovunun üzərindəki duz lopalarına ithafdır.

İstonun bildiridiyinə görə, Bonnevil gölünün düzlüyü hamar görünsə də, əslində bu səthi kiçik çatlar deşir. Buna görə də, Rolls-Royce mühəndisləri gölün səthini rəqəmsal xəritəsini çıxarıblar və avtomobilin ön panelində və mərkəzi konsolundakı dekorda dəqiq şəkildə əks etdiriblər.

Bundan başqa,ön panelin tərtibatında istifadə edilən cilalanmış anodlaşdırılmış alüminiumdan  hazırlanmış səthə Thunderbolt bolidinin silueti və onun sürət rekordları həkk edilib. Son yarışda Corc İston avtomobili 572 km/saata qədər sürətləndirmişdi.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni xüsusi seriyanın digər maraqlı cəhəti, 16 sentyabr 1938-ci il tarixindəki gecə səmasındakı cisimlərinin yerləşməsini tam şəkildə təkrarlayan "ulduzlu səma" tavanıdır. Məhz o zaman, Corc İston qurudakı üçüncü və son sürət rekordunu qeydə almışdı. Mühəndislər bürclərin dəqiq yerləşməsini 2117 fiberoptik diodlardan istifadə edərək yaradıblar.

Rolls-Royce şirkəti Landspeed seriyasından olan 25 ədəd Dawn kabrioletini və 35 ədəd Wraith kupesini buraxacaqdır. Bütün avtomobillər artıq öncədən sifarişlə alınıb.