Uçuş dünən - 30 apreldə baş tutub. WH002 nömrəli uçuşu yerinə yetirən, qeydiyyat nömrəsi N779XX olan 777-9 test təyyarəsi Paine Field hava limanından qalxıb, təxminən 2 saat 58 dəqiqə sonra, yerli vaxtla 14:02-də saat sonra Boeing-in Siettldəki mərkəzinə enib. Xatırladaq ki, ilk test təyyarəsinin debütü yanvarın 25-i baş tutmuşdu və Boeing göstərir ki, pandemiyaya baxmayaraq, yeni model üzərində işlər davam etdirilir. Bu təyyarənin ikinci dəfə havaya qalxması zamanı daşıma qabiliyyəti və uçuş performansı fərqli cəhətlərdən yoxlanılacaq.

Boeing bildirir ki, kabinəyə yerləşdirilən çox sayda avadanlıq, sensor və izləmə cihazları mütəxəssislərə təyyarə və hər bir manevrə reaksiyaları barədə anbaan məlumat verib. Şirkət donanmasına daha 2 ədəd 777-9 test təyyarəsi əlavə etməyi planlaşdırır. Müasir GE9X mühərriklərindən güc alan 777X-ın 2021-ci ildə bütün sertifikatları almasına və istehsalına başlanmasına ümid edilir.

Şirkətin test pilotları ilk təyyarə ilə ümumi 100 saatlıq uçuş müddətini tamamlayıblar, bu müddətdə diqqətlərini sürət, yüksəklik və digər parametrlərə yönəldiblər. Boeing onu da əlavə edib ki, uçuşlar barədə məlumatları yerdən izləmək əvəzinə, daha çox əməkdaş cəlb edərək birbaşa təyyarənin içindən hər şeyə nəzarət etmək fikirləri var.