Qüvvədə olan dünya çempionu Sebastyen Ojye Türkiyyə rallisinin qalibi olub. O, finişdə komanda yoldaşı Esapekka Lappini yarım dəqiqiə qabaqlamağa müvəffəq olub.

Citroen komandasının pilotları hələ şənbə günü təqibçilərindən bir dəqiqədən çox uzaqlaşmağa nail olublar. Bununla belə, bu gün səhər startdan öncə iki komanda yoldaşı arasındakı fərq 0,2 saniyə olub. Lakin, fransız komandasının pilotları arasında mübarizə gedəcəyini heç kim gözləmirdi. Ojyenin qələbəsi onun çempionluq titulu uğrunda şanslarını yüksəltdiyinə görə, fin pilotun komanda yoldaşına hücum etmək fikri yox idi.

Buna baxmayaraq, onun dörd xüsusi hissədə (XH) komanda yoldaşına yarım dəqiqə uduzmaq kimi bir niyyəti də yox idi. Belə ciddi ara məsafəsinin yaranmasına fin pilotun üçüncü XH-də trasdan çıxması və dördüncü XH-dəki təkər deşilməsi olub.

Türkiyədəki qələbə Ojyenin ümumi birincilikdəki mövqeyini yaxşılaşdırıb. Fransız pilota yardım edən çempionatın liderləri Ott Tyanak və Tyerri Nyövilin uğursuz çıxışları olub. Nyövil şənbə günü səhər trasdan çıxaraq bir neçə dəqiqə itirib, sonra isə 9-cu yerdən yuxarı qalxa bilməyib. 

Tyanak da şənbə günü mühərrikin elektronikasının nasazlığı ucbatından yarışdan kənar qalıb və beş XH-nin buraxmasına görə aldığı cəza, onu ilk onluğa daxil olmaq imkanından məhrum edib. Bununla belə, bonus xüsusi hissəində birinci və ikinci nəticəni göstərmiş estoniyalı və belçikalı əlavə xalları qazana biliblər.

Türkiyə rallisindən sonra Tyanak 210 xalla liderliyini qoruyur. İkinci pilləyə yüksələn Ojye estoniyalıdan 17 xal gerdidədir. Nyövil isə, liderə 30 xal uduzur. Türkiyə rallisini üçüncü yerdə bitirən Andreas Mikkelsen dördüncülüyə yüksəlib.