Brabus atelyesi Frankfurt avtosalonuna 900 at qüvvəli G V12 900 “One of Ten” modeli ilə yanaşı, yeni nəsil G-Class modelinin ciddi yolsuzluq üçün hazırlanmış variantını da gətirib. Ofrouder onun keçmə qabiliyyətini və mühərrikinin gücünü artıran təkmilləşdirmələrə sahib olub. Əlbəttə ki, modelin eksteryer və interyeri də onun təyinatına uyğun olaraq təkmilləşdirilib.

Brabus Adventure modelini eni 100 mm artırılmış qanadlar, hava girişlərindəki firma işləmələri, 20-düymlük Monoblock R təkər diskləri, yolsuzluq şinləri, ehtiyat təkəri üçün dönən iri kronşteyn və beşinci qapıdakı nərdivan sayəsində tanımaq olar. Bundan başqa, macəralar üçün hazırlanmış “Gelendvagen” bucurqadı olan gücləndirilmiş ön bamperə, işıqdiodlarından əlavə fənərlərə və damda quraşdırılan baqaja sahib olub. Avtomobilin salonu Brabus avtomobillərinə məxsus üslubda tərtib edilib. Salon tərtibatında tikişləri olan nazik dəri və alkantaradan, alüminiumdan istifadə edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Brabus mühəndisləri özlərinin hazırladıqları hündürlüyü tənzimlənən idman yaylarını quraşdıraraq, ofrouderin klirensini 40 mm artırıblar.  Mütəxəssislər yeni hərəkət hissəsinin elektronika idarələnən standart asqı ilə tam uyğunlaşan olduğunu bildirirlər.

Frankfurtda nümayiş etdirilmiş ofrouder Mercedes-Benz G 350 d modelinin bazasında inşa edilib. Buna baxmayaraq, Adventure dəstini istənilən modifikasiya üçün sifariş etmək olar. Brabus mütəxəssisləri 3,0-litrlik dizelin gücünü 330 at qüvvəsinə, fırlanma anını isə 690 Nm qədər artırıblar. Gücün artırılmasına çip-tüninq və yeni paslanmayan poladdan hazırlanmış səsboğucu sistem sayəsində nail olunub.