Nyu Yorkda keçirilən avtosalonda Kia şirkəti gələcəyin elektromobilliyinə olan baxışını nümayiş etdirib. Kia HabaNiro beşinci səviyyəli avtopilotu, yüksək texnologiyalı hissəsi olan dördyerli krossoverdir. Konsept dolu batareya ilə 480 kilometr qət edə bilər.

Kia konsepti The Everything Car (çoxtəyinatlı avtomobil) adlandırıb. HabaNiro modelini şərti olaraq yığcam krossoverlər seqmentinə aid etmək olar. Prototipin təyinatı daha genişdir: sitikar, crossover, səyahət avtomobili və müasir yüksək texnologiyalı iş yeri. Avtomobilin xarici görkəmi üzərində Kia şirkətinin Kaliforniyadakı dizayn studiyası işləyib.

Kia HabaNiro prototipinin qabarit uzunluğu 4430 millimetr, eni – 1600 millimetr, hündürlüyü isə 1955 millimetrdir. Konseptin təkər bazasının ölçüsü 2830 millimetrdir. Kia dizaynerlər gələcəyin avtomobilinin “əzələli” olacağını iddia edirlər. Bu səbəbdən də, HabaNiro geniş qanadlara, qısa çıxışlara və iri 20-düymlük disklərə malikdir.

Avtomobilin salonuna “kəpənək qanadları” formasında taybatay açılan qapılarla, dördyerli salon və genişformatlı preyeksiya displeyi ilə təchiz edilib. Salonda ənənəvi idarəetmə orqanları yoxdur – funksiyaların idarəedilməsi əks əlaqəli sensorlu akril panel vasitəsi ilə həyata keçirlir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Kia HabaNiro R.E.A.D. və ya Real-time Emotion Adaptive Driving sistemi ilə də təchiz edilib. Süni intellektin imkanlarından yararlana sistem sürücünün emosional vəziyyətini və onun tələbatlarını təhlil edir. Məsələn, sistem avtomatik olaraq arxa görüntü displeyini işə sala bilər. Krossover həmçinin, salonun perimetri boyu nazik formal deflektorları olan Perimeter Ventilation System havalandırma sistemi və fon işıqlandırmasını tənzimləyən Lighting Color Effect funksiyası ilə təchiz edilib.