Dünən Detroytda işinə başlamış avtosalonda “İlin şimaliamerikan minik avtomobili və ofrouderi” müsabiqəsinin qaliblərinin adı açıqlanıb.

Minik avtomobilləri arasında birinci yeri Hyundai şirkətinin premium subbrendi olan Genesis markasının G70 sedanı tutub. Sedan qələbə uğrunda Honda Insight və Volvo S60/V60 modelləri ilə mübarizə aparıb.

Image alt Image alt Image alt

Ofrouderlər kateqoriyasında qələbəni Hyundai Kona krossoveri bayram edib. Kona modelinin rəqibləri Acura RDX və Jaguar I-Pace krossoverləri olub. Qeyd etmək lazımdır ki, Jaguar peşəkar sürücülər üçün ən yaxşı avtomobil adına layiq görülüb.

Image alt Image alt Image alt

İlin ən yaxşı pikapı adına Ram 1500 modeli layiq görülüb. Ram 1500 bu kateqoriyada Chevrolet Silverado 1500 və GMC Sierra 1500 pikaplarının kürəyini yerə vurmağı bacarıb.

Image alt Image alt Image alt

Qalibləri 54 avtomobil jurnalistindən ibarət olan münsiflər heyəti seçib. Finalist üçlüyü 12 minik avtomobili,  12 ofrouder və pikap arasından seçilib.