Britaniyanın Morgan firması Cenevrə avtosalonunda Plus Six adlı tam yeni sportkarını təqdim edib. Avtomobilin texniki hissəsi əvvəlki Morgan modelləri ilə bənzərliyə malik olmasa da, zahiri cəhətdən o yarım əsrlik avtomobillərdən heç nə ilə seçilmir. Yeni modelin sələfindən irsən aldığı yeganə detal, kapotun dörd dayağıdır. Bu dayaq 70 il əvvəl olduğu kimi, iki hissədən ibarətdir və köndələn rəzələrdə asılıblar.

Rodsterin kapotunun altında 340 at qüvvəsi hasil edən 3,0-litrlik altısilindrli BMW turbomühərrik yerləşib. Turbomühərrik səkkiz diapazonlu ZF “avtomatı” ilə tandemdə çalışır. Qeyd etmək lazımdır ki, qeyd edilməyən selektr və sükanaltı dəstəklər birbaşa BMW markasından götürülüb və retro-salonda bir qədər qəribə görünür. Bu tandem 1075 kiloqramlıq çəkisi olan rodsteri 100 km/saat həddinə 4,2 saniyəyə sürətləndirir. Morgan Plus Six modelinin maksimal sürəti 267 km/saatdır.

Qeyd etmək lazımdır ki, Plus Six elektron köməkçilərdən məhrumdur: stabilizasiya və trekş-kontroldan söhbət gedə bilməz. Yeganə köməkçi əyləclərin ABS sistemidir. Sportkarın əsasını tamamilə yeni CX platforması təşkil edir. Aparıcı struktur alüminium profillərindən və lövhələrindən hazırlansa da, sərnişin bölümü əvvəlki kimi göyrüş ağacından yığılır. Bu, 30-ciu illərdən gələn ənənədir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni platforma avtomobili daha texnoloji edib və onun yığılma zamanını azaldıb. Belə ki, modelin yığılması üçün dörd həftə tələb olunur. Əvvəllər bu proses 8 həftə təşkil edirdi. Bu texnologiya Morgan firmasına ildə 300 ədəd avtomobil yığmağa imkan verəcəkdir.

Yeni rodsterə sifarişlər artıq qəbul edilir və 77995 funt sterlinqdən başlanır. İlk avtomobillər Launch Edition təchizat səviyyəsində olacaq və 89995 funtdan saılacaqdırlar Bu avtomobillər çıxarılan sərt tavanla təchiz ediləcəkdirlər.