Ənənəvi olaraq, BMW brendi bütün yeni modellərinin təqdimatından sonra, M Performance Parts aksessuarlar xətti çərçivəsində, onlar üçün hazırlanmış zavod tüninq proqramını təqdim edir. Alman avtomobil istehsalçısı özünün yeni universalları - BMW 5 Series Touring və onun elektrik analoqu olan BMW i5 Touring üçün xarici və daxili dekor elementləri də daxil olmaqla, bir sıra təkmilləşdirmələri təklif edib. Həmişə olduğu kimi, bütün elementlər əsasən karbon lifindən hazırlanırlar.

Universallar karbondan hazırlanmış üç hissəli yeni M Performance ön splitterini, kandar lövhələrini, yan güzgülərin yeni qapaqlarını alıb, arxa bamper karbonplastikdən diffuzorla tamamlanıb, baqaj qapağı isə, karbondan spoylerlə bəzədilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BMW 5 Series Touring və i5 Touring modelləri üçün, dörd yeni dizayn varinatında olan 19, 20 və 21 düymlük təkər diskləri təklif edilir. Bundan başqa, qırmızı rəngə boyanmış supportları olan yeni M Performance əyləclərini və idman şinlərini sifariş etmək də mümkündür.

İnteryerdəki təkmilləşdirmələr olduqca təvazökardır. Təkmilləşdirmələrə alüminiumdan kandar lövhələri, ziddiyyətli tikişləri və dəriyə bənzər haşiyələri olan yeni M Performance ayaqaltıları, həmçinin paslanmayan poladdan hazırlanmış pedal örtükləri daxildir. Bundan başqa, alkantara və dəridən hazırlanmış xüsusi açar qutusu və yanacaq çəninin karbondan hazırlanmış qapağını sifariş etmək olar. M Performance Parts aksessuarlarının qiyməti hələlik açıqlanmayıb.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.