Bugatti şirkəti Type 57 SC Atlantic kupesinin müasir təfsirini nümayiş etdirib. Bugatti La Voiture Noire (fransızcadan tərcümədə "qara maşın") adlandırılmış hiperkar yeganə nüsxədə hazırlanıb və fransız markasının kolleksiyaçılarından birinə satılıb.

Bugatti La Voiture Noire çöhrəsində Chiron və onun ekstremal variantı olan Divo hiperkarlarının cizgiləri hiss olunmaqdadır. Buna baxmayaraq, hiperkarın çoxlu unikal detalları vardır: çoxlu “pikselləri” olan işıq texnikası və kapot, yeni aerodinamik dayaq, alın şüşənin yan şüşələrə keşməsi effektini yaradan şüşələnmə, orijinal Type 57 SC Atlantic modelində olduğuna bənzəyən kuzov boyu uzanan üzgəc və müharibəöncəsi kupenin arxa şüşələrini xatırladan mühərrik qapağının üzərindəki havalandırma dəlikləri.

Bugatti La Voiture Noire modelinin bütün detalları əl ilə hazırlanıb. Karbondan hazırlanmış kuzov qara rəngə boyanıbdır. Kuzovun müəyyən hissələrində karbon yalnız lakla örtülübdür. Digər xarakterik cəhət səsboğucu sisteminin altı çıxışının olmasıdır.

Hiperkar Chiron Sport və Divo modellərindən tanış olan 8,0-litrlik dörd turbokompressorlu aqreqatla təchiz edilir. Mühərrik 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edir. Yeni hiperkarın dinamik xarakteristikaları açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt

Bugatti La Voiture Noire adının çəkilməsini istəməyən kolleksiyaçıya satılıb. Əvvəllər avtomobilin Ferdinand Pix tərəfindən sifariş edildiyi barədə şayiələr dolaşırdı. La Voiture Noire modelinin qiyməti 11 milyon avrodur. Xatırladaq ki, Rolls-Royce Sweptail 11,2 milyona, Pagani Zonda HP Barchetta isə 15 milyon avroya satılıb.