Əgər bu MazdaCX-30 krossoverinin mürəkkəb yolsuzluq üçün hazırlandığını güman edirsinizsə, heç də belə deyil. Mazda şirkəti sadəcə CX-30 krossoverini elektromobilə çevirmək üçün belə bir addım atıb.
![](https://autograph.az/../images/104488_src.jpg)
Məsələ ondadır ki, Mazda model xəttində bənzər MX-30 EV elektrik krossoveri mövcuddur. Elektrik krossoveri artıq Yaponiya və Avropada satılır, növbədə isə Şimali Amerika var. Ancaq Çində belə avtomobil təklif edilməyəcəkdir, çünki 35.5 kilovat-saatlıq dartma batareyası və 200 kilometrlik (WLTP dövrünə görə) yürüş məsafəsilə yerli alıcılar cəlb etmək mümkün deyil. Bu səbəbdən belə absurd Mazda CX-30 EV krossoveri yerli bazar üçün hazırlanıb.
![](https://autograph.az/../images/104489_src.jpg)
Məhz daha böyük tutumlu batareyanın quraşdırılması, mühəndisləri avtomobilin kuzovunu “qaldırmağa” məcbur edib. Nəticədə kandar və təkər tağlarında əlavə “qatlar” peyda olub. Təəssüf ki, Mazda avtomobilin xüsusiyyətlərini açıqlamayıb, çünki CX-30 EV modeli bu ilin sonuna kimi satışa çıxarılacaqdır. Mazda CX-30 EV modelinin istehsalı Changan Mazda birgə müəssisəsinə həvalə edilib.