Bu gün İnternet şəbəkəsində Ford Mustang modelinin ən güclü və hardkor modifikasiyası olan Shelby GT500 kupesinin növbəti nəslinin fotoşəkli peyda olub. 700 at qüvvəli mühərrikə malik olan kupe gələn il debüt edəcəkdir.

“Bərkgedən” GT500 kupesinin fotoşəkli sinister_lifestyle adlı Instagram istifadəçisi tərəfindən dərc edilib. Ehtimallar görə, bu şəkildə məhz Shelby GT500 kupesi əks etdirilib. Yeni kupe adi Ford Mustang modelindən ön hissənin dizaynı, splitter, genişləndirilmiş təkər tağları, kapotdakı havalandırma dəlikləri və karbonplastikdən hazırlanmış antiqanad ilə seçilir.

Bu günə Mustang modelinin ən güclü modifikasiyası Shelby GT350 kupesi sayılır. Kupenin 5,2-litrlik səkkiz silindrli atmosfer mühərriki 533 at qüvvəsi və 582 Nm fırlanma anı hasil edir. GT350 100 km/saat həddini 3,9 saniyəyə  toplayır və 289 km/saata qədər sürətlənir.