Skoda şirkəti çex markasının model çeşidində ən sərfəli model olacaq Kushaq krossoverinin interyerinin təsvirini yayımlayıb. Təqdim olunan eskizlərdə salonun ümumi görünüşünə nəzər salmaqla yanaşı, mərkəzi paneli də diqqətlə baxmaq olar.

Skoda Kushaq modelinin mərkəzi konsolu üslub baxımından Avropa bazarında təqdim olunan Kamiq krossoverinə bənzəyir. Krossoverin interyeri hissəsi ön paneldə, mərkəzi konsolda və qapı kartlarında seçilən narıncı haşiyələri olan qara və boz rənglərlərdə tərtib edilib. Bütün yeni modellər kimi, Kushaq modelini də ikiqollu sükan çarxı ilə təchiz ediblər. Bundan əlavə, interyerdəki iri ventilyasiya deflektorları diqqəti çəkir.

Image alt Image alt Image alt Image alt

Kushaq rəqəmsal cihazlar panelinə və məlumat-əyləncə sisteminin 10-düymlük ekranına sahib olacaqdır. Bundan əlavə, krossover, transmissiyanın selektorunun yaxınlığında yerləşdirilmiş və sensorlu bloku olan klimat-kontrola malikdir. Aradakı boşluqda, böyük ehtimalla, smartfonların simsiz doldurrulması meydançası və USB konnektorları üçün bölmə yerləşdirilib. Yeni krossoverin baza versiyasının Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyəcəyi gözlənilir.

Ön ötürməli Skoda Kushaq modelinin mühərrik çeşidinə 1,0 və 1,5 litrlik iki benzinli turbomühərriki daxildir. Aqreqatlar altı pilləli mexaniki ötürmələr qutusu və yeddi pilləli DSG “robotu” ilə təchiz ediləcəkdirlər. Çex mütəxəssislərinin fikrincə, yeni Kushaq modeli şirkətin ən ucuz krossoveri olacaqdır. Modelin rəsmi təqdimatı 18 mart 2021-ci il tarixində keçirilməlidir.