Skoda şirkətiSlaviamodelinə həsretdiyitizerkampaniyasını davametdirir. Çex markasının yaradıcıları Vatslav Laurin və Vatslav Klement tərəfindən XIX əsrin sonlarında buraxılan velosipedin şərəfinə adlandırılmış model, Kushaq krossoverinin də əsasını təşkil edən, MQB modul platformasının sadələşdirilmiş versiyasında inşa edilib. Skoda Slavia modelinin satış debütü edəcəyi ilk bazar Hindistan olacaqdır.

Slavia modeli Kushaq krossoveri ilə təkcə MQB-A0 platformasını deyil, həm də mühərrik çeşidini bölüşdürəcəkdir. Bu çeşidə 115 at qüvvəli 1,0-litrlik “turboüçlük” və 150 at qüvvəli 1,5-litrlik dördsilindrli turbomühərrik daxildir. Krossoverdə birinci mühərrik 6-pilləli mexaniki və avtomatik transmissiya, ikinci mühərrik isə 7-pilləli “robot” ilə təchiz edilir.

Skoda şirkəti hələlik güclü kamuflyaj örtüyünə malik olan modelin bir şəklini dərc edib. Xatırladaq ki, avtomobilin dizaynı keçirilmiş müsabiqə çərçivəsində seçilib. Müsabiqənin qalibinə Praqaya səyahət vəd edilib, ikinci yeri tutana isə qrafiki planşet təqdim olunub. İlk onluğa düşən mütəxəssislər Skoda şirkətinin suvenirləri ilə mükafatlandırılıblar.

Skoda Slavia modelinin uzunluğu 4,5 metrə yaxın olmalıdır. Bu parametrə görə sedanı Cənubi Ameriada satılan Volkswagen Virtus modeli ilə müqayisə etmək olar. Şayiələrə görə, Slavia Virtus modelinin üzü dəyişdirilmiş versiyası olmalıdır. Slavia köhnəlmiş Rapid modelini əvəzləyəcək və Honda City, Hyundai Verna, habelə adı çəkilən VW Virtus modeli ilə rəqabət aparacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.