Skoda şirkəti dördüncü nəsil Fabia modeli haqqında demək olar ki, hər şeyi danışıb. Artıq hetçbekin MQB-A0 modul platformasına keçəcəyini və sələfindən xeyli böyük olacağını bilirik.

 Avtomobil daha geniş salona və tutumlu baqaj bölməsinə, genişləndirilmiş avadanlıq siyahısına sahib olacaq, həmçinin onun mühərrik çeşidinə 65 ilə 150 at qüvvəsi arasında gücə malik olan benzin aqreqatları daxil ediləcəkdirlər. Bu günə qədər Fabia modelinin kamuflyajlı prototiplərini görmüşük və artıq avtomobilin özünün göstərlməsi gərəkdir. Ancaq Skoda yenidən gələcək Fabia modelinin eskizlərini dərc edib.

Image alt Image alt Image alt Image alt

Kiçik Skoda modeli çoxlu iti bucaqları olan firma dizayn üslubuna sadiq qalıb. Ancaq mühəndislər modelin aerodinamikası üzərində yaxşıca işləyiblər: Cd əmsalının 0,32-dən 0,28-ə endirildiyi bildirilir. Buna, radiatorun aşağı hissəsində quraşdırılmış və lazım olduqda elektronika tərəfindən açılan aktiv çəpərciklər sayəsində nail olunub. Üstəlik, Fabia modeli tamamilə LED texnologiyasından hazırlanmış işıq texnikasına sahib olacaqdır.

Yenilənmiş modelin təqdimatının may ayında keçiriləcəyi məlumdur.Universal kuzovlu Fabia da model çeşidində qalacaqdır, lakin onun debütü daha sonra keçirilməlidir.