Audi şirkəti bu il «24 saatlıq Le-Man» da daxil olmaqla dözümlülük yarışları üzrə dünya çempionatının (WEC) ən yüksək kateqoriyası olan LMP1-də çıxış edəcək R18 sportprototipinin yenilənmiş variantını təqdim etmişdir. Audi Motorsport mühəndislərinin söylədiklərinə görə, yeni prototip «sıfırdan» yaradılmış və demək olar ki, sələfi ilə heç bir oxşarlıq daşımır. Avtomobilin konstruksiyasının bütün elementləri yenilənmiş, onun hibrid aqreqatının gücü 830-dan 1000 at qüvvəsinə qədər artırılmışdır.

Yeni sportprototipin aerodinamikası və bir sıra kuzov elementlərinin proporsiyaları dəyişdirilmişdir ki, bunalara misal olaraq, avtomobilin ön htərəfində və alt hissəsində hava axınlarının bölüşdürülməsinin yaxşılaşdırılmasını göstərmək olar. Əlavə olaraq, arxa antiqanad zonasında aparılmış dəyişikliklər yerə yatma qüvvəsinin artırılmasına xidmət edəcəkdir.

Bundan başqa, ön və arxa asqıların kinematikası dəyişdirilmiş, çəkinin azaldılması məqsədi ilə altıpilləli transmissiya yeddi diapazonlu ilə əvəzlənmiş, güc aqreqatı isə 4 meqacoul yarımsinifindən 6 meqacoul yarımsinifinə keçirilmişdir.

Audi mühəndisləri nazim çarx əsasli kinetik enerjinin rekuperasiyası sistemindən litium-ion batareyalarının xeyrinə imtina etmişdirlər. Xatırladaq ki, eyni sxemi Porsche şirkəti 919 Hybrid sportprototipində tətbiq edir.

Eyni zamanda 4,0-litrlik altısilindirli dizel mühərriki də təkmilləşdirilərək daha qənaətcil olmuşdur. Ümumilikdə təkmilləşdirilmiş dizel mühərriki, 2011-ci ildə debüt edən sələfinə nisbətən 32,5 faiz daha qənaətcildir. 

Cari mövsündə Audi Motorsport komandası çempionatda iki R18 sportprototipi ilə çıxış edəcəkdir. «7» nömrəli avtomobilin heyəti Marsel Fassler, Andre Lotterer və Benua Trelüyedən ibarət olacaqdır. «8» nömrəli avtomobildə Lkas di Qrassi, Loik Dyüval və Olivye Carvisdən ibarət olan heyət yarışacaqdır. 

Bu günlərdə Audi R18 sportprototipinə rəqib olacaq Porsche və Toyota avtomobillərinin təqdim ediləcəyi də gözlənilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt