Toyota Le Manın 24 saatı marafonu öncəsi keçirilmiş ilk test sesiyasını birinci yerdə tamamlamışdır.

Kamuyi Kobayaşı 7 nömrəli sprotprototipin sükanı arxsanda Satredəki dövrəni 2.18,132 zamanla başa vuraraq Ni Caninin keçən ilk qeydə aldığı poul zamanını yarım saniyə üstələmşdir. Əvvəllcə Kobayaşi 3.18.319 zamanla lider olsa da, sonradan zamanını 0,2 saniyə yaxşılaşdırararq komanda yoldaşı Kazuki Nakacimanı geridə qoymuşdur. 

Sebastyen Burde də axşam sessiyasının başlanmasından 15 dəqiqə sonra səhər göstərdiyi zamanı yaxşılaşdırmağa müvəffəq olmuşdur. İlkin olraq 3.20,091 zamana imza atan fransız pilot sonradan zamanını yaxşılaşdıraraq 3.20,037 zamanı qeydə almışdır. Nakacima özünün ən yaxşı dövrəsini 3.19,290 zamanı ilə başa vurmuşdur.

Toyota komandasının üçüncü heyəti debütant Xose-Mariya Lopesin 3.21,455 zamanı sayəsində üçüncü yeri tutmuşdur. Porsche komandasının pilotu Erl Bamber Lopesdən 0,04 saniyə geridə qalaraq dördüncü yeri tutmuşdur. Bundan öncə, onun avtomobilində mühərriki dəyişdirmişdirlər. Nil Cani isə, 3.22,100 zamanla ikinci Porsche sportprototipi ilə beşinci yeri tutmuşdur.