Volkswagen ID. Code konsepti Pekin avtosalonunda debüt edib. Bu elektromobil istehsala getməyəcək. Konseptin vəzifəsi başqadır - o, brendin texnoloji nailiyyətlərini və brendin gələcəkdə istifadə olunacaq yeni dizayn konsepsiyasını nümayiş etdirir. Buna görə də, Volkswagen diqqəti güc qurğusuna deyil, dizayn və yeni “fişkalara” yönəldib.

Şou-kar kupeyə bənzəyən əzələli kuzova, xarici güzgüləri əvəzləyən kameralara, qapı tutacaqları əvəzinə sensorlu panellərə, həmçinin qara şüşədən dama və 24-düymlük təkər disklərinə malik olan krossoverdir. ID.Code möhtəşəm eksteryer dizaynı ilə ID xəttinin seriya elektromobillərindən ciddi şəkildə fərqlənir. O, kuzovun ön hissəsinə qüsursuz inteqrasiya olunmuş qeyri-adi optikaya (seçilmiş hərəkət rejimindən və yol vəziyyətindən asılı olaraq rəngini də dəyişir), yığcam gündüz hərəkət işıqlarına və parlaq qırmızı VW loqosu olan bütöv arxa fənərə malikdir. Konsept qapıları taybatay açılır.

Krossoverin müxtəlif təsvirləri - virtual səs köməkçisini (onun hətta "üzü" də var), hava məlumatı və ya batareyadakı cərəyan səviyyəsini əks etdirilən "ağıllı" yan pəncərələri var. Ön panelin bütün enini əhatə displey və mərkəzdə bir qədər aşağıda quraşdırılmış əlavə şaquli planşet də var. ID.Code dördüncü səviyyəli avtonomluiğa malikdir, ona görə də, sükanı (daha çox sükan çarxına bənzədir) yığışdırmaq, sürücü və ön sərnişin oturacaqlarını 180 dərəcə döndərərək ikinci cərgədəki sərnişinlər ilə üzbəüz oturmaq da mümkündür.

Bir sıra qeyri-adi opsiyalar da var: interyeri ultrabənövşəyi lampalarla dezinfeksiya etmək, havanı antibakterial filtrlərlə təzələmək və həmçinin tozdan təmizləmək olar - bunun üçün yığcam robot-tozsoran nəzərdə tutulub.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Volkswagen qrupunun Çin bazarı üçün hazırladığı inkişaf strategiyasına əsasən, avtomobil istehsalçısı 2030-cu ilə qədər 30 yeni model buraxacaq və bütün seqmentləri əhatə edəcək. Üstəlik, bunlar təkcə elektromobillər deyil və görünən odur ki, hibridlər də olacaq, çünki "müxtəlif güc aqreqatları" bəyan edilib.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.