Toyota Gazoo Racing komandasının Mayk Konvey, Kamuyi Kobayaşi və Stefan Sarrazendən ibarət heyəti Le Manın 24 saatı yarışı öncəsi keçirilmiş qısaldılmış təsnifat mərhələsində birinci olmuşdur. Bu barədə xəbəri Autosport.com saytı dərc etmişdir.

Road to Le Mans dəstək yarışı zamanı Porsche döngəsindəki zədələnmiş baryerlərin bərpası səbəbi ilə iki saatlıq sıralama sessiyası 20 dəqiqə geç başlamışdır. Beləliklə, sessiya rəsmi olaraq 1 saat 40 dəqiqə davam etmişdir.  İlk zamanı Porsche komandasının çempion heyətinin üzvü Nil Yani qeydə almışdır - 3.20,362. Lakin, çox keçmədən ikinci Porsche 919 Hybrid prototipinin pilotu Timo Bernhard  bu nəticəni yeniləyərək 3.19,710 zamanına imza atmışdır. 

Bu zaman növbəti 15 dəqiqə ərzində keçilməmişdir. Bir müddət sonra Kamuyi Kobayaşi 3.18,793 zamanla dövrəni başa vuraraq Toyota heyətini ilk sıraya yüksəltmişdir.

Qalan 1 saat 20 dəqiqə ərzində heç bir pilot keçmiş Formula 1 pilotunun zamanını üstələyə bilməmişdir. Beləliklə Mayk Konvey, Kamuyi Kobayaşi və Stefan Sarrazendən ibarət aralıq poul pozişnı əldə etmişdir. Kobayaşinin həmyerlisi Kazuki Nakacima liderdən 0,638 saniyə geri qalaraq digər Toyota heyətini ikinci yerlə təmin etmişdir.

Üçüncü yerdə isə, liderlərə 0,917 saniyə uduzmuş Timo Bernhardın üzvü olduğu Porsche heyəti qərarlaşmışdır. Bernhard digər Toyota pilotu Nikolya Lapyeri üstələməyə müvəffəq olmuşdir. 

Beşinci nəticəni isə, Nil Yaninin üzvü olduğu heyət tutmuşdur. Onları liderlərdən 2,3 saniyə ayırır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt