SsangYong şirkəti yenilənmiş Tivoli krossoverini təqdim edib. Satışlarına iyun ayında başlanacaq krossover yenilənmiş dizayna, yaxşılaşdırılmış salon tərtibatına və yeni güc aqreqatlarına sahib olub.

Krossoverin ön tərəfinin dizaynında baş vermiş dəyişikliklər yeni radiator barmaqlığından, ön bamperdən, LED fənərlər və duman əleyhinə işıqlardan ibarətdir. Arxa tərəf vizaul olaraq “qaldırılıb”, arxa bamper tamamilə yenidən işlənib, baqaj qapağının qapısına yeni çıxıntı vurulubdur. Bundan başqa, arxa fənərlərin qrafikası da dəyişdirilbdir.

Salonda 10,25-düymlük diaqonala malik olan rəqəmsal cihazlar panelini və dizaynı tamamilə yenilənmiş mərkəzi konsolu görmək olar.Multimedia sisteminin ekranının ölçüsü yeddidən səkkiz düymə qədər artırılıb. Havalandırma sisteminin mərkəzi deflektorları da başqa formaya malik olublar.

SsangYong Tivoli modelinin mühərrik çeşidi də tamamilə yenilənib: krossover 1,5-litrlik turbomühərrik və 136 at qüvvəli yeni dizel mühərriki ilə təklif ediləcəkdir. Turbomühərrikin xarakteristikaları açıqlanmasa da, onun 163 at qüvvəsi və 280 Nm frılanma anı hasil edəcəyi söylənilir. Bu mühərriklər 1,6-litrlik benzin və dizel mühərriklərini əvəzləyiblər. Tam çəkiş sistemi, 6-pilləli Aisin avtomatik və mexaniki qutuları yerlərini qoruyub-saxlayıblar.