Lamborghini şirkətinin keçmiş rəhbəri və Audi Sport bölümünün hazırki başçısı Stefan Vinkelmann Bugatti şirkətinə rəhbərlik edəcəkdir. O 1 fevral 2018-ci il tarixindən yeni vəzifəsinin icrasına başlayacaqdır.

Vinkelmann bu vəzifədə Volfqanaq Dürhaymeri əvəz edəcəkdir. Bir müddət bundan öncə, Dürhaymer Bentley və Bugatti şirkətlərində tutduğu vəzifələrdən istefa etdiyini bildirmişdi. Bentley şirkətində onu keçmiş Jaguar Land Rover şirkətinin qlobal strategiya üzrə direktoru Ədrian Hollmark əvəzləyəcəkdir.

18 oktyabr tarixində Vinkelmannın 53 yaşı tamam olub. Avtomobil sənayesində o 1994-cu ildən çalışır. 2004-cü ilə qədər o Mercedes-Benz və FİAT şirkətlərində çalışıb. 2005-ci ildə isə Stefan Lamborghini şirkətinə başçılıq edib. 2016-cı ildən Vinkelmann Audi Sport bölümünə başçılıq edir.